Azərbaycan və İran
arasında ikitərəfli əməkdaşlıq münasibətləri
bütün sahələrdə uğurla inkişaf edir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev iyulun 13-də İran İslam Respublikasının
səhiyyə, müalicə
və tibbi təhsil naziri Həsən Qazizadə Haşiminin başçılıq
etdiyi nümayəndə
heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nazir
Həsən Qazizadə
Haşimi İran Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına
çatdırdı. O qeyd etdi ki, Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin və İran İslam Respublikasının
Prezidenti Həsən Ruhaninin səyləri nəticəsində ölkələrimiz
arasında ikitərəfli
münasibətlər gündən-günə
güclənir və möhkəmlənir.
Dövlətimizin başçısı Azərbaycan
ilə İran arasında ikitərəfli
münasibətlərin bütün
sahələrdə, o cümlədən
səhiyyə sahəsində
uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham
Əliyev Prezident Həsən Ruhani ilə görüşlərini
məmnunluqla xatırlayaraq
qeyd etdi ki, bu görüşlər
zamanı səhiyyə
sahəsində əməkdaşlıq
məsələləri də
müzakirə edilib və bununla bağlı işlərin
həyata keçirilməsi
üçün müvafiq
tapşırıqlar da
verilib. Dövlətimizin başçısı İran İslam Respublikasının səhiyyə,
müalicə və tibbi təhsil naziri Həsən Qazizadə Haşiminın
Azərbaycana səfərinin
ölkələrimizin səhiyyə
sahəsində əməkdaşlığının
genişləndirilməsi işinə
öz töhfəsini
verəcəyinə əminliyini
ifadə etdi.
Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Həsən Ruhaniyə çatdırmağı
xahiş etdi.
Azərbaycan.- 2018.- iyul.- S.2.