“İcra
məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 915-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
“İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 18; 2001, ¹ 11, maddə 687, ¹ 12, maddə 731; 2003, ¹ 1, maddə 23; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə 133; 2006, ¹ 11, maddə 928; 2007, ¹ 1, maddə 4, ¹ 7, maddə 712; 2010, ¹ 7, maddə 591; 2011, ¹ 6, maddə 477, ¹ 7, maddə 584, ¹ 12, maddə 1092; 2013, ¹ 7, maddə 788; 2015, ¹ 3, maddə 252; 2016, ¹ 6, maddə 991) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddəyə “icrasını” sözündən sonra “, habelə probasiya nəzarətini” sözləri əlavə edilsin.
2. 5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 5. İcra və probasiya xidmətinin fəaliyyətinin təşkili
İcra məmurlarına həvalə olunmuş vəzifələrin həyata keçirilməsini müvafiq icra hakimiyyəti orqanı təmin edir.
Məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi, habelə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icra sənədlərinin icrası üzrə icra məmurlarının fəaliyyəti icra xidmətini təşkil edir.
Bu qanunun 6-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, icra xidmətinə Azərbaycan Respublikasının Baş icra məmuru rəhbərlik edir.
Probasiya nəzarətinin həyata keçirilməsi, o cümlədən ictimai işlər növündə inzibati tənbehin icrası üzrə icra məmurlarının fəaliyyəti probasiya xidmətini təşkil edir.
Probasiya xidmətinə Azərbaycan Respublikasının Baş probasiya məmuru rəhbərlik edir.
İcra məmurlarının fəaliyyətinin əsasları Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Prosessual Məcəllə, Cinayət-Prosessual Məcəllə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə müəyyən edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində icra məmurları müvafiq olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri, digər məhkəmələrin icra məmurları müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilirlər.”.
3. 6-cı maddə üzrə:
3.1. adında “xidmətinin” sözü “məmurlarının” sözü ilə əvəz edilsin;
3.2. mətninə “məmuru” sözündən sonra “və Azərbaycan Respublikasının Baş probasiya məmuru” sözləri əlavə edilsin və “xidmətinin” sözü “məmurlarının” sözü ilə əvəz edilsin.
4. 7-ci maddə üzrə:
4.1. birinci hissənin birinci abzasında və ikinci hissənin birinci abzasında “İcra məmuru” sözləri “İcra xidmətinin icra məmuru” sözləri ilə əvəz edilsin;
4.2. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Probasiya xidmətinin icra məmuru Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən vəzifələrlə yanaşı aşağıdakı vəzifələri də yerinə yetirir:
icraata daxil olmuş sənədlərin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür;
üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərə və onların nümayəndələrinə iş materialları ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır;
üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərin müraciətlərinə baxır və müvafiq tədbirlər görür;
probasiya xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir.”.
5. 8-ci maddə üzrə:
5.1. birinci hissənin birinci abzasında və ikinci hissənin birinci abzasında “İcra məmurunun” sözləri “İcra xidməti icra məmurunun” sözləri ilə əvəz edilsin;
5.2. üçüncü hissə aşağıdakı redaksiyada verilsin:
“Probasiya xidməti icra məmurunun Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən hüquqları ilə yanaşı aşağıdakı hüquqları da vardır:
fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət qurumlarına, hüquqi və fiziki şəxslərə müraciət etmək, sorğular vermək, məlumat, arayış və izahatlar almaq;
üzərində probasiya nəzarəti həyata keçirilən, lakin olduğu yer müəyyən edilməyən şəxslərin axtarılması ilə əlaqədar onların yaşayış yerlərinə daxil olmaq, orada baxış keçirmək və gizlənə biləcəyi ehtimal olunan bütün saxlama yerlərini açmaq və baxmaq;
polis və təhlükəsizlik orqanlarının köməyindən istifadə etmək;
qanunla nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək.”.
6. 11-ci maddənin beşinci hissəsinin birinci cümləsinə “cəzaların” sözündən sonra “, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin” sözləri əlavə edilsin və “icra qurumunun rəhbəri” sözləri “icra və probasiya qurumlarının rəhbərləri” sözləri ilə əvəz edilsin.
7. 12-ci maddə üzrə:
7.1. ikinci hissədə “İcra məmurlarının həvəsləndirilməsi” sözləri “İcra xidməti icra məmurlarının həvəsləndirilməsi” sözləri ilə əvəz edilsin və “icra məmurlarının xüsusi fondunu” sözlərindən əvvəl “icra xidməti” sözləri əlavə edilsin;
7.2. üçüncü hissəyə “icra məmurlarının” sözlərindən əvvəl “icra xidməti” sözləri əlavə edilsin.
8. 13-cü maddə üzrə:
8.1. adında və ikinci hissədə “İcra xidmətinin” sözləri “İcra və probasiya xidmətlərinin” sözləri ilə əvəz edilsin;
8.2. birinci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Probasiya xidmətinin maliyyələşdirilməsi və maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir.”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 iyun 2018-ci il
Azərbaycan.- 2018.-14 iyul.- S.10.