“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli
1218-VQD nömrəli Qanununun tətbiqi və
“Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli
713-IVQ nömrəli Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsində dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 29 iyun tarixli 1218-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan
Respublikasının Miqrasiya
Məcəlləsində dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. Müəyyən
edilsin ki:
3.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 46.4-cü maddəsinin ikinci cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi
Xidməti və Azərbaycan Respublikasının
Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;
3.2. həmin
məcəllənin 54.11-1-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti həyata keçirir.
4. “Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
haqqında” Azərbaycan
Respublikasının 2013-cü il 2 iyul tarixli
713-IVQ nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il
8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 7, maddə
803; 2014, ¹ 9, maddə
1050, ¹ 11, maddələr 1382, 1413, ¹ 12, maddə 1588; 2015, ¹ 10, maddə
1121; 2016, ¹ 6, maddələr 1020, 1044, ¹ 11,
maddə 1827) aşağıdakı
dəyişikliklər edilsin:
4.1. 5.4-cü bəndə
“54.11-ci maddəsinin birinci
cümləsində,” sözlərindən
sonra “54.11-1-ci maddəsində,”
sözləri əlavə
edilsin;
4.2. 5.6-cı bənddən
“30.1-ci,” sözləri çıxarılsın;
4.3. 5.11-ci bəndə
“37.8-ci maddəsində (ikinci
halda),” sözlərindən
sonra “46.4-cü maddəsinin
ikinci cümləsində,”
sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 10 iyul
2018-ci il
Azərbaycan.- 2018.-14 iyul.- S.9.