“Feldyeger rabitəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
23-cü bəndini rəhbər
tutaraq qərara alır:
“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2003, ¹8, maddə
405; 2008, ¹ 8, maddə 710) aşağıdakı
dəyişikliklər edilsin:
1. 1-ci maddədən
“və feldyeger rabitəsini həyata keçirən dövlət
qulluqçularının hüquqi
vəziyyətini” sözləri
çıxarılsın.
2. 2.0.1-ci maddədə
“xüsusilə mühüm”
sözləri “xüsusi
əhəmiyyətli” sözləri
ilə əvəz edilsin.
3. 2.0.2-ci və 6.1.5-ci
maddələrdən “Azərbaycan
Respublikasının müvafiq
icra hakimiyyəti orqanının qərarı
ilə” sözləri
çıxarılsın.
4. 2-ci maddədə
“2.0.”, “2.0.1.” və “2.0.2.” rəqəmləri “2.1.”, “2.1.1.” və
“2.1.2.” rəqəmləri ilə
əvəz edilsin.
5. Aşağıdakı
məzmunda 2.2-ci maddə
əlavə edilsin:
“2.2. Qanunvericilik,
icra və məhkəmə hakimiyyəti
orqanları tərəfindən bu
qanunun 2.1.1-ci maddəsində
göstərilməyən korrespondensiyalarının
müvafiq ünvanlara
çatdırılmaq üçün
feldyeger rabitəsi orqanına təhvil verilməsi qadağandır.”.
6. 6.1.1-ci maddə
və III fəsil
ləğv edilsin.
7. 6.4-cü maddədə
“açıla” sözündən
sonra “, yoxlanıla” sözü əlavə edilsin.
8. 6.5-ci maddədə
“xüsusi” sözü
“operativ” sözü ilə əvəz edilsin.
9. 11.4-cü maddədə
“normalar əsasında”
sözləri “normalara
uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri
əlavə edilsin.
10. 11.5-ci maddədə
“xüsusi geyim forması” sözləri “hərbi
geyim forması” sözləri ilə əvəz edilsin.
11. 11.6-cı və
11.8-ci maddələr ləğv
edilsin.
12. Aşağıdakı
məzmunda 12.3-cü maddə
əlavə edilsin:
“12.3. Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.
13. V fəsil aşağıdakı redaksiyada
verilsin:
“ V FƏSİL
YEKUN
MÜDDƏALAR
Maddə 13. Qanunun pozulmasına görə məsuliyyət
Bu qanunun tələblərini pozan şəxslər Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
nəzərdə tutulmuş
hallarda məsuliyyət
daşıyırlar.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 iyun 2018-ci il
Azərbaycan.- 2018.-15 iyul.-
S.5.