“Feldyeger rabitəsi
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2018-ci il 29 iyun tarixli 1215-VQD nömrəli
Qanununun tətbiqi və “Feldyeger
rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903
nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1215-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1.Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq, korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması qaydasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.3. həmin qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5.mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3.“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 8, maddə 432; 2007, ¹ 6, maddə 601; 2008, ¹ 9, maddə 797, ¹ 11, maddələr 966, 969; 2014, ¹ 4, maddə 364) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki:
2.1.“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2.həmin qanunun 11.4-cü (birinci halda) və 12.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin qanunun 5.1-ci və 11.4-cü (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirir;
2.4.həmin
qanunun 5.3-cü maddəsinin birinci və ikinci cümlələrində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanlarının səlahiyyətlərini Azərbaycan
Respublikasının Daxili İşlər
Nazirliyi, Müdafiə Nazirliyi,
Xarici İşlər Nazirliyi,
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi, Dövlət Təhlükəsizliyi
Xidməti, “Azərbaycan Hava Yolları” Qapalı
Səhmdar Cəmiyyəti, “Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyəti və “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
həyata keçirirlər;
2.5.həmin qanunun 11.3-cü maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Tarif
(qiymət) Şurası
həyata keçirir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
10 iyul 2018-ci il
Azərbaycan.- 2018.-15 iyul.-
S.5.