Bakıda Fransanın
milli bayramı qeyd edilib
İyulun 14-də Fransanın milli bayramı münasibətilə
Bakıda rəsmi qəbul təşkil olunub.
AZƏRTAC xəbər
verir ki, tədbirdə əvvəlcə
Azərbaycanın və
Fransanın dövlət
himnləri səsləndirilib.
Fransanın Azərbaycandakı səfiri
xanım Aureliya Buşez çıxış
edərək ölkəsinin
inkişaf yolundan danışıb.
Səfir Fransanın
milli bayramının Azərbaycanda qeyd edilməsinin əhəmiyyətini
vurğulayıb və
bu il
həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin
qeyd olunduğunu xatırladıb.
Diplomat bu ilin Fransa-Azərbaycan münasibətlərinin inkişafı
baxımından mühüm
il olduğunu
söyləyib. O əlavə
edib ki, Prezident İlham Əliyevin bu ay Fransaya edəcəyi səfər iki ölkə arasında iqtisadi əməkdaşlığı
gücləndirmək üçün
imkan yaradacaq. Bu səfər həm
də təhsil sahəsində əməkdaşlığımız
üçün uğurlu
olacaq.
Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev
Fransa xalqını milli bayram münasibətilə
Azərbaycan hökuməti
adından təbrik edib, tərəqqi və rifah arzularını
çatdırıb. Fransanın Azərbaycanın
müstəqilliyini tanıyan
ilk Avropa dövlətlərindən
olduğunu deyən nazir müavini ölkələrimiz arasında
əlaqələrin dinamik
inkişaf etdiyini söyləyib. O, inandığını
bildirib ki, qarşılıqlı faydalı
əməkdaşlığımızın
daha da genişləndirilməsi
üçün böyük
potensial var. Azərbaycan
qeyri-neft sektorunun inkişafında Fransanın
zəngin təcrübəsini
öyrənməkdə maraqlıdır.
Humanitar,
sosial sahələrdə
də əməkdaşlıq
davam edir.
Azərbaycan.- 2018.- 15 iyul.- S.2.