Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun
Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 87; 2014, № 11, maddə 1404; 2017, № 7, maddə 1361) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”nin 6.4-cü bəndinin ikinci cümləsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 iyul 2018-ci il
Azərbaycan.- 2018.-17 iyul.- S.7.