Dövlət Feldyeger Xidmətinin Azərbaycan
Respublikasının Xüsusi Dövlət
Mühafizə Xidmətinin tabeliyinə verilməsi ilə əlaqədar
Azərbaycan Respublikası Prezidentinin bəzi
fərmanlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin şəxsi heyətinin xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş (vəfat etmiş) və ya xidmətinin davam etdirilməsinə imkan verməyən xəstəliyə tutulmuş, yaxud xəsarət (yaralanma, travma, kontuziya) almış əməkdaşlarına və ya onların ailə üzvlərinə verilən birdəfəlik müavinətin ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 85 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 7, maddə 524; 2008, ¹ 3, maddə 176, ¹ 4, maddə 257, ¹ 11, maddə 965) ləğv edilsin.
2. “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 91 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 7, maddə 530) ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyul
2018-ci il
Azərbaycan.- 2018.-17 iyul.- S.8.