Əli Həsənov: "Türkiyədə 2016-cı
il iyulun 15-də baş vermiş hadisələrdə
xalqın öz iradəsini ortaya qoyması qəhrəmanlıq salnaməsidir"
2016-cı il iyulun 15-də Türkiyədə baş
vermiş dövlət
çevrilişinə cəhdin
ikinci ildönümü
ilə əlaqədar
qardaş ölkənin
Azərbaycandakı səfirliyində
anım tədbiri təşkil edilib.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi
məsələlər üzrə
köməkçisi Əli
Həsənov tədbirdə
iştirak edib.
Əvvəlcə şəhidlərin ruhuna dualar oxunub və
TRT kanalının 15 iyul
hadisələrinə dair
hazırladığı filmin
nümayişi olub.
Türkiyənin Azərbaycandakı
səfiri Erkan Özoral anım mərasimində çıxış
edərək deyib ki, iki il əvvəl iyulun 15-də türk milləti kiminsə onun əvəzinə qərar verməsini qəbul etmədiyini bütün dünyaya bəyan etdi. O vurğulayıb ki, 15 iyul günü milli dastanımızdır.
Heç kim
türk millətini öz yolundan döndərə bilməz.
Hər kəs bilsin ki, bu millət
hər zaman dövlətinə, vətəninə
sahib çıxacaq.
Səfir vurğulayıb ki, həmin gün plan quranlar İslam dinindən sui-istifadə etdilər. Azərbaycanda da İslam dinini bəhanə edərək terror törətməyə
çalışan xainlər
var. Hər kəs bilməlidir ki, Azərbaycan və Türkiyə bu ünsürləri həmişə
əzib yox edəcək gücdədir.
Dövlətə və millətə
xəyanət edən
FETÖ yox ediləcək
və həmin gün uzaqda deyil.
Prezidentin köməkçisi
Əli Həsənov çıxışında bildirib
ki, Türkiyədə
2016-cı il iyulun 15-də baş vermiş hadisələrdə
xalqın öz iradəsini ortaya qoyması qürurvericidir.
Bu, qəhrəmanlıq salnaməsidir. İki
il əvvəl
iyulun 15-də Türkiyədə
baş verən hadisələr Azərbaycanda
da çox həyəcanla izlənildi.
Biz Türkiyə hökumətinə dəstəyimizi
göstərdik. “Bir millət, iki dövlət” kəlamı həmin günlərin sınağından
şərəflə çıxdı.
Biz sarsılmaz Türkiyə-Azərbaycan dostluğunu
nümayiş etdirdik.
Bir neçə gün əvvəl Gəncədə
baş vermiş hadisələrə də
toxunan Prezidentin köməkçisi bildirib
ki, Gəncə hadisələri dövlətçiliyə
əl qaldırmaq istəyən xainlər tərəfindən törədilib. Dinc insanlar
arasında olan iki polis zabiti qətlə yetirildi.
O zabitlər ölkəmizin
tarixinə adlarını
qızıl hərflərlə
həkk etdilər. Türkiyədəki hadisə ilə
Gəncədəki bu
hadisə oxşardır.
Əli Həsənov xatırladıb
ki, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında Azərbaycan xalqının
iradəsini ifadə edən Prezident Heydər Əliyevi devirmək üçün
Türkiyədəki 15 iyul
hadisələrinə təxminən
oxşar hadisələr
baş verib. O zaman da Azərbaycan Ordusunun, Daxili Qoşunlarının, polisin
tərkibində yuva salmış, öz doğru yolundan sapdırılmış vətəndaşlar
dövlətə və
dövlətçiliyə silah yönəltdilər.
Bəs, niyə qalib gələ bilmədilər?
Çünki Heydər Əliyev
o qüvvələrin qarşısına
xalqın iradəsi ilə çıxdı.
Heydər Əliyev çağırış
etdi ki, Azərbaycan dövlətini
dəstəkləyən vətəndaşlar
meydanlara çıxsınlar.
Yüz minlərlə vətəndaş
öz sinəsini sipər edərək azğınlaşmış silahlı
quldur dəstələrinin
qarşısına çıxıb
onları tərksilah etdi. Bir sözlə, tarixdə
millətin iradəsinə
qalib gələn qüvvə yoxdur və bundan sonra da olmayacaq.
Xüsusən də bu millətin iradəsi onun dəstəklədiyi liderin simasında ifadə olunursa.
Əli Həsənov
Türkiyədəki hadisələrin
20 Yanvar hadisələri
ilə oxşarlığına
da diqqət çəkərək deyib:
“Sadəcə, Türkiyədə
bu hadisəni törədənlər Türkiyə
ilə bağlılığı
olanlar idi. Bakıda isə əhalini qanına qəltan edənlər erməni, erməni xislətli yad əsgərlər idi. Hər ikisi milli iradəyə qalib gəlmək istəyirdi.
Millətin üzərinə getmək, tanklar, hərbi təyyarələr
qaldırmaq olar, amma milli iradəyə
qalib gəlmək olmaz”.
Prezidentin köməkçisi vurğulayıb
ki, Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. Hər iki
ölkə bir-birinə
dəstək verir.
Yaşasın Azərbaycan-Türkiyə
qardaşlığı, dostluğu!
Azərbaycan.- 2018.- 17 iyul.- S.2.