Avropa İttifaqı və Şərq Tərəfdaşlığı
ölkələri ədliyyə və daxili
işlər nazirlərinin görüşü keçirilib
Avstriyanın Avropa İttifaqında
(Aİ) sədrliyi çərçivəsində
İnsbruk şəhərində
Aİ və Şərq
Tərəfdaşlığı ölkələrinin ədliyyə
və daxili işlər nazirlərinin
görüşləri keçirilib.
İclaslarda ölkəmizi ədliyyə
naziri Fikrət Məmmədovun başçılıq
etdiyi nümayəndə
heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə
daxili işlər nazirinin müavini İsmət Əliyev də daxil olunub.
İlk öncə, bütün
Aİ və Şərq
Tərəfdaşlığı ölkələrinin ədliyyə
və daxili işlər nazirlərinin
iştirakı ilə
birgə tədbir keçirilib, aktual mövzular üzrə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Şərq Tərəfdaşlığı
dövlətləri, Aİ-nin Şurasında ardıcıl sədrlik edən ölkələrin
(Estoniya, Bolqarıstan,
Avstriya və Rumıniya) nazirlərinin,
habelə Aİ-nin yüksək rəsmilərinin
iştirakı ilə
ayrıca birgə görüş təşkil
olunub.
Görüşdə “Qanunun aliliyinin təşviqi və dürüstlüyünün
stimullaşdırılması: məhkəmə və təhlükəsizlik orqanlarında
korrupsiyaya qarşı
mübarizə” mövzusunda
müzakirələr aparılıb.
Tədbirdə çıxış
edən Azərbaycan nümayəndə heyətinin
rəhbəri F.Məmmədov
dövlət başçısı
cənab İlham Əliyevin siyasi iradəsi ilə korrupsiyaya qarşı aparılan qəti mübarizə tədbirlərini,
bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi
və bütün layihələrin antikorrupsiya
ekspertizasından keçirilməsini,
məhkəmə sisteminin
islahatını, o cümlədən
hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək
kimi dəyərləndirilən
ən şəffaf seçimini vurğulayıb.
Eyni zamanda, getdikcə səlahiyyətləri genişlənən
Məhkəmə-Hüquq Şurasının
səmərəli fəaliyyəti,
o cümlədən korrupsiyanın
qarşısının alınması
üzrə tədbirləri,
məhkəmə infrastrukturunun
müasirləşdirilməsi və elektron məhkəmənin tətbiqi
barədə məlumat
verilib. Həmçinin, Azərbaycan brendi
olan ASAN xidmətin yüksək vətəndaş
məmnunluğunu təmin
edən fəaliyyəti,
antikorrupsiya treninqləri,
o cümlədən ölkəmizin
Avstriyada yerləşən
Beynəlxalq Antikorrupsiya
Akademiyası ilə səmərəli əməkdaşlığı
vurğulanıb.
Bu məlumatlar görüş iştirakçıları
tərəfindən böyük
maraqla qarşılanaraq
təqdir edilib.
Səfər zamanı
Aİ və Şərq
Tərəfdaşlığı ölkələrinin ədliyyə
və daxili işlər nazirləri ilə işçi görüşlər keçirilərək
fikir və təcrübə mübadiləsi
aparılıb, ikitərəfli
əməkdaşlıq perspektivləri
müzakirə olunub
Azərbaycan.- 2018.- 17 iyul.- S.3.