“Azərbaycan Respublikası
hökuməti ilə Mərakeş Krallığı
hökuməti arasında gəlirlərə görə vergilərə
münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən
yayınmanın qarşısının alınması
haqqında” Konvensiyanın təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası
hökuməti ilə Mərakeş Krallığı
hökuməti arasında gəlirlərə görə vergilərə
münasibətdə ikiqat vergitutmanın aradan
qaldırılması və vergidən yayınmanın
qarşısının alınması haqqında” 2018-ci il
martın 5-də Bakı şəhərində
imzalanmış Konvensiya təsdiq edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 iyun 2018-ci il
Azərbaycan.-
2018.-18 iyul.- S.5.