“Azərbaycan Respublikası
Hökuməti və Hindistan
Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli
2445 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1.“Azərbaycan Respublikası
Hökuməti və Hindistan Respublikası Hökuməti
arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2445 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007, № 10, maddə 982; 2009, № 1, maddə 17;
2010, № 2, maddə 80; 2012, № 2, maddə 109; 2014, № 2, maddə 112,
№ 6, maddə 644, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 9,
maddə 1518) 1-ci hissəsi ilə yaradılmış
Komissiyanın tərkibi aşağıdakı redaksiyada
verilsin:
“Komissiyanın
həmsədri
Azərbaycan Respublikasının
ekologiya və təbii sərvətlər naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası
xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası
iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası
mədəniyyət nazirinin
müavini
Azərbaycan Respublikası
müdafiə sənayesi
nazirinin müavini
Azərbaycan Respublikası
energetika nazirinin müavini
Azərbaycan Respublikası
nəqliyyat, rabitə
və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası
kənd təsərrüfatı
nazirinin müavini
Azərbaycan Respublikası
təhsil nazirinin müavini
Azərbaycan Respublikası
səhiyyə nazirinin
müavini
Azərbaycan Respublikası
Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsi sədrinin
müavini
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin vitse-prezidenti
Azərbaycan Respublikası
Mərkəzi Bankı
sədrinin müavini
Azərbaycan Respublikasının
Hindistan Respublikasında fövqəladə
və səlahiyyətli
səfiri.”.
2. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
bu sərəncamın
1-ci hissəsi ilə edilən dəyişiklik barədə Hindistan Respublikası tərəfinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
17 iyul 2018-ci il
Azərbaycan.- 2018.-18 iyul.- S.2.