Azərbaycan və İtaliya
prezidentlərinin təkbətək görüşü
olub
İyulun 18-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti
Sercio Mattarella ilə təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulandı. İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı ikitərəfli münasibətlər və
qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2018.-19 iyul.- S.1.