Laura Mattarellanın “Şöhrət”
ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında humanitar əlaqələrin möhkəmləndirilməsində
xidmətlərinə görə
Laura Mattarella “Şöhrət”
ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 iyul 2018-ci il
Azərbaycan.- 2018.-19 iyul.-
S.4.