Enzo Moavero Milanesinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının İtaliya
Respublikası ilə dövlətlərarası münasibətlərinin
möhkəmləndirilməsində böyük xidmətlərinə
görə İtaliya
Respublikasının xarici
işlər və beynəlxalq əməkdaşlıq
naziri Enzo Moavero Milanesi “Dostluq” ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 iyul 2018-ci il
Azərbaycan.- 2018.-19 iyul.- S.4.