“Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlıq Məsələləri
Komissiyasının yaradılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli
106 nömrəli Sərəncamında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 174; 2002, ¹ 1, maddə 71; 2004, ¹ 4, maddə 282, ¹ 7, maddə 566; 2005, ¹ 8, maddə 733; 2007, ¹ 12, maddə 1251; 2009, ¹ 2, maddə 93; 2012, ¹ 5, maddə 442; 2015, ¹ 11, maddə 1301; 2016, ¹ 12, maddə 2174) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissə ilə yaradılmış komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın
sədri
Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının
rəhbəri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası
Prezidentinin hüquq mühafizə orqanları
ilə iş və hərbi məsələlər üzrə
köməkçisi - şöbə
müdiri
Azərbaycan Respublikası
Prezidentinin xarici siyasət məsələləri
üzrə köməkçisi
- şöbə müdiri
Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının
Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin
müdiri
Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının
Sənədlərlə və
vətəndaşların müraciətləri
ilə iş şöbəsinin müdiri
Azərbaycan Respublikasının
daxili işlər naziri
Azərbaycan Respublikasının
xarici işlər naziri
Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin rəisi
Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi
Azərbaycan Respublikası
Xarici Kəşfiyyat Xidmətinin rəisi
Komissiyanın katibi
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin Miqrasiya və vətəndaşlıq məsələləri sektorunun müdiri.”.
2. 2-ci hissəyə “Hüquq mühafizə orqanları ilə iş” sözlərindən sonra “və hərbi məsələlər” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyul
2018-ci il
Azərbaycan.-2018.- 19
iyul.- S.5.