Azərbaycanla İtaliya arasında iqtisadi əməkdaşlığa həsr olunmuş “dəyirmi masalar keçirilib

 

İyulun 18-də Azərbaycan və İtaliya arasında enerji, infrastruktur, nəqliyyat və logistika, aqrar sahələrdə əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair “dəyirmi masa”lar keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan və İtaliya tərəfdən rəsmi şəxslərlə yanaşı, maliyyə, tikinti, kənd təsərrüfatı, logistika və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.

İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlər, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijanbrendininxarici investisiyaların təşviqi məqsədilə görülən işlər, Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanları barədə məlumat verib. Qeyd edilib ki, indiyədək ölkəmizdə 100-ə yaxın İtaliya şirkəti qeydiyyatdan keçib. Azərbaycan-İtaliya əlaqələri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. Bildirilib ki, Azərbaycan-İtaliya əlaqələrinin genişləndirilməsi və adamları arasında əməkdaşlığın təşviqi məqsədilə indiyədək 18 biznes forumişgüzar görüş keçirilib, 2015-ci ildə Azərbaycan ilk dəfə olaraq İtaliyada keçirilən “Milan Ekspo 2015” sərgisində milli stendlə təmsil olunub. İkitərəfli əlaqələrin genişlənməsində Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının rolunu qeyd edən Rüfət Məmmədov komissiyanın 4 iclasının keçirildiyini diqqətə çatdırıb.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçi ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini və ölkəmizlə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. Qeyd olunub ki, ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq edirbu əlaqələrin inkişafı üçün imkanlar genişdir.

Dövlət və özəl sektoru təmsil edən nümayəndələrin iştirakı ilə “Enerji və yaşıl texnologiyalarmövzusunda keçirilmiş “dəyirmi masada Azərbaycan və İtaliyanın energetika sahəsində fəaliyyət göstərən müəssisələri arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb, şirkətlərin fəaliyyətinə dair təqdimatlar keçirilib. Azərbaycan-İtaliya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyi diqqətə çatdırılıb. “Dəyirmi masada ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın inkişafı istiqamətləri, Azərbaycanın bərpa olunan enerji və “yaşıl texnologiyalar” sahəsində potensialının bir çox layihələrin həyata keçirilməsinə geniş imkanlar yaratdığı vurğulanıb.

İnfrastruktur, nəqliyyat və logistika” “dəyirmi masa”sında nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə müzakirələr aparılıb, Azərbaycanda yaradılmış əlverişli infrastruktur, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaratdığı imkanlar və digər məsələlər barədə məlumat verilibbu imkanlardan yararlanmaqla əlaqələrin genişləndirilməsi müzakirə edilib.

“Aqrosənaye və kənd təsərrüfatının transformasiyası” mövzusunda keçirilən “dəyirmi masada isə hər iki ölkənin kənd təsərrüfatı sahəsində təcrübəsinə, bu sahədə qabaqcıl texnologiyaların tətbiq olunmasına, ixracın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, şirkətlər tərəfindən təqdimatlar keçirilib. “Dəyirmi masada müvafiq dövlət orqanlarının, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər. “Dəyirmi masada kənd təsərrüfatı sahəsində əməkdaşlığın, eləcə də ixracın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2018.-19 iyul.- S.5.