Şəhidlərin əbədiyaşar
xatirəsinə böyük ehtiram
Azərbaycan Respublikasında rəsmi
səfərdə olan İtaliya Respublikasının Prezidenti
Sercio Mattarella iyulun 19-da Şəhidlər xiyabanını
ziyarət edib.
AZƏRTAC xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Sercio Mattarella Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi.
Ali qonaq “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Bakının ən hündür nöqtəsindən Azərbaycan
paytaxtının mənzərəsini seyr
edən İtaliya Prezidentinə Şəhidlər
xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq
işləri barədə məlumat verildi.
Azərbaycan.-
2018.-20 iyul.- S.3.