"Total" şirkəti
"Ümid-Babək" təbii qaz yataqlarının işlənilməsində
maraqlıdır
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə “Total” şirkətinin
sədri və baş icraçı direktoru Patrik Puyane ilə
görüşüb.
AZƏRTAC –ın xüsusi müxbiri xəbər verir ki, görüşdə “Abşeron” qaz-kondensat yatağının işlənilməsi və inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Xəzərin Azərbaycan
sektorundakı “Ümid-Babək” təbii qaz yataqlarının
işlənilməsində “Total” şirkətinin iştirak
etməsi imkanları müzakirə olundu.
Azərbaycan.-
2018.-20 iyul.- S.4.