Baş nazir Novruz Məmmədov:
"İtaliya Prezidentinin
səfəri əməkdaşlıq əlaqələrinin daha da inkişaf
etməsinə öz töhfəsini verəcək"
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella iyulun 19-da birgə işçi nahar ediblər.
AZƏRTAC xəbər verir ki, ali qonağı salamlayan Baş nazir Novruz Məmmədov Azərbaycan ilə İtaliya arasında iqtisadi, siyasi, humanitar və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdi. Baş nazir dedi ki, İtaliya Prezidentinin Azərbaycana bu səfəri əməkdaşlıq əlaqələrimizin daha da inkişaf etməsinə öz töhfəsini verəcək. Səfər çərçivəsində keçirilən səmərəli görüşlər, imzalanan sənədlər, Sumqayıt Kimya Sənaye Parkında istifadəyə verilən polipropilen zavodu, Azərbaycan-İtaliya biznes forumu ölkələrimizin hərtərəfli inkişafı üçün yeni imkanlar açacaq.
İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana rəsmi səfərinin çox məhsuldar və səmərəli keçdiyini vurğuladı, ölkələrimizin münasibətlərinin bundan sonra da dostluq və strateji tərəfdaşlıq əsasında inkişaf edəcəyini diqqətə çatdırdı.
Səmimi
söhbət zamanı ATƏT-in fəaliyyətdə olan sədri kimi İtaliya dövlətinin
başçısı ilə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həlli yolları barədə fikir
mübadiləsi aparıldı. Həmçinin Azərbaycan
ilə İtaliya arasında münasibətlərin
inkişaf dinamikasından məmnunluq
ifadə edildi, iqtisadiyyatın müxtəlif
istiqamətlərində, xüsusən energetika
sahəsində əməkdaşlığın perspektivləri
haqqında müzakirələr oldu.
Azərbaycan.-
2018.-20 iyul.- S.5.