Səfər başa çatdı
İtaliya Respublikasının
Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasına rəsmi
səfəri iyulun 19-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İtaliya
Respublikasının Prezidenti Sercio Mattarellanı hava
limanında Azərbaycan Respublikası Baş
nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf
Xələfov və digər rəsmi şəxslər yola salıblar.
Azərbaycan.-
2018.-20 iyul.- S.5.