“Thales International” ölkəmizdə
etibar qazanıb
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev iyulun 20-də Parisdə
“Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb.
AZƏRTAC-ın
xüsusi müxbiri xəbər verir ki, Prezident İlham
Əliyev “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə ötən görüşləri xatırlatdı. Dövlətimizin
başçısı “Azərbaycan
Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə
“Thales İnternational” şirkəti
arasında bu gün imzalanacaq beş sənədin
əhəmiyyətini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycanın “Thales International” şirkəti ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirdi, şirkətin ölkəmizdə etibar qazandığını vurğuladı.
Rafael Eskinazi Azərbaycan ilə “Thales
International” şirkəti arasında
əməkdaşlığı yüksək qiymətləndirdiyini
dedi, bu əlaqələrin genişləndirilməsi
üçün səylərin
davam etdiriləcəyini
bildirdi. O, əməkdaşlığın
genişləndirilməsi üçün
yeni istiqamətlərin
nəzərdən keçirildiyini
qeyd etdi.
Görüşdə Azərbaycan ilə “Thales lnternational” şirkəti arasında uzun illərdir uğurlu əməkdaşlıq edildiyi
məmnunluqla vurğulandı,
müxtəlif layihələrin
həyata keçirilməsi
ilə bağlı çox yaxşı nəticələrin əldə
olunduğu bildirildi.
Azərbaycan.- 2018.-21 iyul.- S.2.