SADE Azərbaycanda fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindədir

                                                            

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə Fransanın SADE şirkətinin prezidenti Patrik Lölo ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə SADE şirkətinin Azərbaycanda “Ağıllı Şəhər” layihəsində və meliorasiya sahəsində fəaliyyətindən məmnunluq ifadə olundu. Patrik Lölo bildirdi ki, SADE Azərbaycanda fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindədir.

Prezident İlham Əliyev SADE şirkətinin Azərbaycanda fəaliyyətinin dəstəkləndiyini qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, meliorasiya sahəsi Azərbaycan üçün prioritet istiqamətlərdəndir.

Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olundu.

 

***

                                                            

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Fransa  Prezidenti Emmanuel Makronun  dəvəti ilə  bu ölkəyə səfəri iyulun 20-də başa çatdı.

 

Azərbaycan.- 2018.-21 iyul.- S.3.