Prezident İlham
Əliyevin Parisdə “Rothschild and Co” şirkətinin
Müşahidə Şurasının sədri ilə görüşü olub
İyulun
20-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Parisdə “Rothschild and Co” şirkətinin
Müşahidə Şurasının sədri Devid de
Rotşild ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə “Rothschild and Co” şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulandı.
Devid de
Rotşild babasının vaxtilə Azərbaycanda
uğurlu fəaliyyət göstərdiyini,
onun da bu
ənənəni davam etdirmək niyyətində
olduğunu bildirdi.
Azərbaycan.- 2018.-21 iyul.- S.2.