Belçikalıların Kralı Əlahəzrət
Filipə
Əlahəzrət,
Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün belçikalılara öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyul
2018-ci il.
Azərbaycan.- 2018.-21 iyul.- S.2.