İqtisadi müstəqillik milli
inkişafın möhkəm təməlidir
Son 6 ayda reallığa çevrilən
sosial-iqtisadi layihələr ölkənin
dinamik tərəqqisi üçün
real zəmin yaradıb
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. İclasda ötən altı ay ərzində əldə edilən uğurlar, naliyyətlər, həmçinin nöqsanları nəzərə çatdırdı, dövlət başçısı həlli vacib olan məsələlərlə bağlı ciddi tapşırıqlarını da verdi. Cənab İlham Əliyev bütün sahələrdə islahatların davam etdiriməsinin, daha da dərinləşməsinin vacibliyini vurğuladı.
Kompleks islahatlar, şaxələnən iqtisadiyyat
İclasda səslənən fikirlərə əsaslanaraq söyləyə bilərik ki, ölkədə müəyyən edilən strateji xəttə uyğun dayanıqlı iqtisadi inkişafın təmin olunması məqsədilə çevik, adekvat addımlar atılıb, kompleks islahatların həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitlik möhkəmləndirilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb. Bununla yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, regionların və sahibkarlığın inkişafı sürətlənib, qeyri-neft ixracı artıb.
“Əlbəttə ki, bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır” - deyən dövlət başçısı bir daha bəyan etdi ki, son illərdə güclü iqtisadiyyat quran Azərbaycan bu gün heç kimdən asılı deyil və iqtisadi baxımdan 15 il ərzində ölkəmiz qədər inkişaf edən ikinci dövlət yoxdur.
İlin uğurlu inkişaf
göstəriciləri
Təkcə bu ilin göstəricilərinə nəzər yetirdikdə, bütün sahələrdəki inkişafı aydın şəkildə görə bilərik. Son 6 ayda aparılan iqtisadi islahatların uğurlu nəticələri, gerçəkləşən sosial-iqtisadi və beynəlxalq əhəmiyyətli transmilli layihələrə və digər uğurlara nəzər yetirək:
- “Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimi keçirilib;
- Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib;
- TANAP-ın açılışı baş tutub;
- Müstəqillik dövrünün ən böyük əfv sərəncamı ilə 634 nəfər azadlığa qovuşub;
- Bakıda təntənəli hərbi parad keçirilib;
- Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra işğaldan azad edilib;
- “Formula-1” Azərbaycan
Qran-prisinin 3-cü mərhələsi
uğurla gerçəkləşib;
- Qida Təhlükəsizliyi Agentliyi
yaradılıb;
İqtisadi göstəricilər:
- Valyuta ehtiyatları 44,3 milyard dollara yüksəlib;
- Ölkə iqtisadiyyatına 6 milyard
dollar sərmayə qoyulub;
- Ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft
sektoru 2, qeyri-neft sənayesi 8,8, kənd təsərrüfatı 7,6 faiz
artıb;
- İnflyasiya cəmi 3 faiz təşki edib;
- Xarici ticarət dövriyyəsi
35 faiz, ixrac 34, qeyri-neft ixracı 20 faiz artıb;
- Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə
4,1 milyard manat vəsait daxil olub;
- 611 sahibkara 100 milyon manat güzəştli
kredit verilib;
Sosial infrastruktur:
- Mingəçevirdə
“ASAN Həyat” kompleksi
açılıb;
- Neftçala Sənaye Məhəlləsində
“Xəzər” avtomobil
zavodu fəaliyyətə
başlayıb;
- 10 rayonda xalça emalatxanası açılıb;
- 175 subartezian quyusu qazılıb istifadəyə verilib;
- 42 rayonun 29 yaşayış məntəqəsinin
qazlaşdırılması başa çatdırılıb;
- Sumqayıt Polipropilen zavodu açılıb;
- Uzunluğu 250 kilometr olan 17 qəsəbə və kəndlərarası yollar
istifadəyə verilib;
- Bakı-Qəbələ
dəmir yolunun tikintisinə başlanılıb;
Valyuta ehtiyatları:
2004-cü il - 1,8 milyard,
2018 - 44,3 milyard dollar
2004-cü ildə
Prezident İlham Əliyevin göstərişi
və şəxsi nəzarəti ilə regionların sosial-iqtisadi inkişafı ilə bağlı ilk dövlət
proqramının icrasına
başlanılarkən Azərbaycan
cəmi 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib idi. Bu gün isə bu rəqəm 44,3 milyard dollara
bərabərdir.
Qısa müddət
ərzində valyuta ehtiyatlarının 24 dəfədən
çox artımı
onu deməyə əsas verir ki, Azərbaycan 15 ildə bütün istiqamətlər üzrə
konseptual yanaşma və proqramlar əsasında çox böyük tarixi uğurlara imza atıb. Dövlət başçısının söylədiyi
kimi, 15 il
ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən
ikinci ölkə olmayıb.
Görüləcək işlər
və qarşıdakı
hədəflər
Bu gün
təhlükəsizlik, əmin-amanlıq,
sabitlik şəraitində
öz yolu ilə uğurla gedən Azərbaycan inkişaf parametrlərinə
və vətəndaş
həmrəyliyinə görə
dünyada nümunəvi
ölkələrdən biridir. Həyata keçirilən
kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın
əsas inkişaf göstəriciləridir.
Xüsusilə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı mərhələli
proqramların qəbul
və icra olunması hər bir bölgənin tarazlı inkişafını
təmin edib. İlin ikinci
yarısında regionlarda
reallaşacaq sosial-iqtisadi
layihələr də
bunu bir daha təsdiqləyir.
Beləliklə, ilin sonuna kimi:
- 137 modul tipli məktəb tikiləcək;
- 20 min məcburi
köçkün yeni
evlərlə təmin
ediləcək;
- 2 “ASAN xidmət”
mərkəzi açılacaq;
- 5 rayonda 100 milyon manatdan çox olan sərmayə layihələri
icra ediləcək;
- 2 şəhərdə
olimpiya idman mərkəzləri istifadəyə
veriləcək;
- kəndlərdə
100-dən çox məktəb
qazlaşdırılacaq;
- “SOCAR Polymer” və
gübrə zavodlarının
açılışı nəzərdə tutulur;
- Masallı sənaye məhəllələsi
fəaliyyətə başlayacaq;
- Minimum 600 kənd
yeni yollarla təmin ediləcək;
- Bakı-Gəncə
sürət qatarının
xəttə buraxılması
nəzərdə tutulur;
- 14 aqropark istifadəyə veriləcək;
- üçüncü
peykimiz orbitə buraxılacaq.
Ölkə iqtisadiyyatının inkişafı
ilə bağlı heç bir problemin yaranmadığını,
maliyyə vəziyyətinin
çox sabit olduğunu söyləyən
dövlət başçısı
verilən tapşırıqların
ilin sonuna qədər yerinə yetirilməsinin vacibliyini vurğuladı.
İslahatlar daha da dərinləşməlidir
Son 6 ayın
uğurlu göstəriciləri
və qarşıdakı
hədəflər aparılan
islahatların bəhrəsidir
desək, yanılmarıq. Ancaq dövlət
başçısı vurğuladı
ki, bundan sonrakı illərdə də ölkə iqtisadiyyatı dinamik şəkildə inkişaf
etməlidir. Bunu təmin
etmək üçün
isə əlbəttə
ki, islahatlar daha da dərinləşməlidir.
Məhz bunun sayəsində Azərbaycan
iqtisadiyyatının uzunmüddətli,
gələcəkdə dayanıqlı
iqtisadiyyat kimi özünü göstərməsi,
qeyri-neft sektorunun inkişafının daha da sürətləndirilməsi
mümkün ola bilər.
Bütün bu uğurlu göstəricilərin Davos
Dünya İqtisadi Forumunun hesablamalarında da öz əksini
tapması Azərbaycan
həqiqətlərini bir
daha dünyaya nümayiş etdirmiş olur. Belə ki, son hesabata görə, Azərbaycan dünya miqyasında inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü, xalqın
iqtidara dəstəyinə
görə dünya miqyasında 20-ci, ümumi
infrastrukturun inkişafına
görə dünya miqyasında 26-cı, rəqabətqabiliyyətliliyinə
görə 35-ci, yol infrastrukturunun inkişafına
görə 36-cı yerdədir.
Bütün bunlar müstəqil Azərbaycanın son 15 ildəki
inkişaf göstəricisidir. Bu reallıqlar verilən bütün vədlərin
uğurla yerinə yetirildiyini bir daha təsdiqləyir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2018.- 22 iyul.- S.1-2.