Fransa mətbuatında “Qarabağ” futbol klubunun rəmzi mənasından
yazılıb
Fransanın www.ouest-france.fr portalında “30 minlik əhalisi olan Ağdam kabus şəhərə çevrilib” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC xəbər verir ki, məqalədə UEFA Avropa Liqasında mübarizə aparan Ağdamın “Qarabağ” futbol klubu haqqında ətraflı məlumat verilib.
Müəllif klubun doğma şəhəri Ağdamla bağlı maraqlı məqamlara toxunaraq onun işğal altında olduğunu bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən müəllif Ağdam şəhərinin strateji əhəmiyyətindən söz açıb. O, Ağdamın buradakı binaların rənginə görə hələ XVIII əsrdə “ağ şəhər” adlandırıldığını yazıb. Ağdamın qədim muzeylərinə dair ətraflı məlumatın verildiyi yazıda müharibə nəticəsində xarabazarlığa çevrilmiş şəhərin “Qafqazın Xirosiması” olduğu diqqətə çatdırılıb.
Ötən
il Azərbaycan futbolunun
tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup
mərhələsində çıxış edən “Qarabağ” klubunun bu il avrokuboklarda
mübarizəyə əzmkarlıqla başlaması
komandanı yenidən qitənin idman mətbuatının
diqqət mərkəzinə çevirib.
Bu məqamın xüsusi
vurğulandığı yazıda klubun
1993-cü ildən etibarən ev
oyunlarını doğma şəhərində
keçirə bilməməsi qeyd edilib, Ağdamın “kabus
şəhər”in təmsilçisi olduğu
diqqətə çatdırılıb.
Azərbaycan.- 2018.-22 iyul.- S.8.