Masallı rayonunun
Şatıroba-Hişkədərə-Miyanku-Kubin-Birinci Səmədxanlı-Xallıcalı-Əminli-
Məmmədxanlı avtomobil yolunun tikintisi ilə
bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Otuz iki min nəfər əhalinin yaşadığı
22 yaşayış məntəqəsini
birləşdirən Şatıroba-Hişkədərə-Miyanku-Kubin-Birinci
Səmədxanlı-Xallıcalı-Əminli-
Məmmədxanlı avtomobil
yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının
2018-ci il dövlət
büdcəsinin dövlət
əsaslı vəsait
qoyuluşu xərclərinin
bölgüsündə avtomobil
yollarının tikintisi
və yenidən qurulması üçün
nəzərdə tutulmuş
vəsaitin 7,5 milyon (yeddi milyon beş
yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 iyul 2018-ci il
Azərbaycan.- 2018.-24 iyul.- S.1.