“Azərbaycan Respublikası ilə
Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə
Müştərək Komissiyanın Azərbaycan Respublikası
tərəfindən yeni tərkibinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli
Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 12, maddə 203; 2009, ¹ 7, maddə 589; 2012, ¹ 2, maddə 118, ¹ 12, maddə 1293; 2014, ¹ 2, maddə 112, ¹ 6, maddə 644; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2017, ¹ 9, maddə 1705) 1-ci hissəsi ilə yaradılmış komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın həmsədri
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası
xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası
iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası
mədəniyyət nazirinin
müavini
Azərbaycan Respublikası
energetika nazirinin müavini
Azərbaycan Respublikası
nəqliyyat, rabitə
və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası
təhsil nazirinin müavini
Azərbaycan Respublikası
səhiyyə nazirinin
müavini
Azərbaycan Respublikası
Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsi sədrinin
müavini
Azərbaycan Respublikası
Mərkəzi Bankı
sədrinin müavini
Azərbaycan Respublikasının
Bolqarıstan Respublikasında
fövqəladə və
səlahiyyətli səfiri.”.
2. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
bu sərəncamın
1-ci hissəsi ilə edilən dəyişiklik barədə Bolqarıstan
Respublikası tərəfinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 iyul 2018-ci il
Azərbaycan.- 2018.-24 iyul.- S.1.