Nəğməli, musiqili ocaq
Ağdamın Gülablı kənd uşaq
musiqi məktəbində milli-mənəvi
sərvətimiz göz bəbəyi kimi qorunur
Ağdamın işğalından sonra Gülablı kənd uşaq musiqi məktəbi müxtəlif ünvanlara üz tutdu. Yurd ağrıları və qayğıları ilə baş-başa qalan kollektiv ruhdan düşmədi, milli-mənəvi sərvətimizi göz bəbəyi kimi qorudu.
1979-cu ildə yaradılan məktəbin bu gün hansı qayğılarla yaşadığını öyrənmək üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində salınmış “məcburi köçkünlər şəhərciyi”nə üz tutduq. Bakı-Şamaxı magistralının 20-ci kilometrliyindəki şəhərcikdə sığınacaq tapan kollektivdə yüksək əhval-ruhiyyə gördük. Məktəbin direktoru Bakı Musiqi Akademiyasının məzunu Aygün Hüseynova ilə xeyli söhbət etdik. O, kollektivin keçdiyi yola qısa nəzər saldı: “Qarabağın tarixində musiqi xüsusi yer tutur. Tanrı vergisi olan bu milli sərvətimizi qoruyub saxlamaq, işğal altındakı torpaqlarımızı düşməndən azad etmək qədər vacibdir. Torpaqlarımızı, İnşaallah, azad edəcəyik. Buna hər bir qarabağlı, o cümlədən kollektivimiz də inanır. Səbəblərini sadalamayaq. Lakin düşmən ancaq torpaqlarımıza göz dikməyib. Mənfur qonşumuz musiqimizi, xalq və bəstəkar mahnılarımızı oğurlamaqla - “erməniləşdirməklə” məşğuldur. Tarixi, mədəniyyəti olmayan haylar bizim milli-mənəvi sərvətimizi “özününküləşdirmək” üçün dəridən-qabıqdan çıxırlar. Qafqaz xalqlarının musiqisində ritmlər oxşardır, amma hər xalqın musiqisi onun genetikasından qaynaqlanır, bir anda hiss olunur ki, kimə məxsusdir”.
Bu musiqi ocağından kimlər
boy verməyib?! Təkcə onu deyək
ki, Qarabağın, xüsusən Ağdamın
musiqi dünyasında
tanınanlardan biri,
“Azad bir quşdum, yuvamdan uçdum” mahnısı ilə sevilən Səxavət Məmmədov kimi ölməz sənətkar
məktəbin məzunu
olub.
Həmsöhbətimiz davam edir: “Ağdamın musiqi dünyası çox zəngindir. Rayonumuzda ilk musiqi məktəbinin yaradılmasında xüsusi
əməyi olan Əlipaşa Daşdəmirov
kimi sənət fədailərimizin adını
kölgədə qoymamalıyıq.
1941-1945-ci illər müharibəsindən əvvəl
xanəndəliklə məşğul
olan Əlipaşa müəllim Ağdamda
ilk muqisi məktəbinin
yaradıcısı hesab
olunur. Bu, təxminən 1934-1935-ci illərə
təsadüf edir.
Müharibə dövründə fəaliyyətini dayandıran
həmin məktəb
1947-ci ildə yenidən
qapılarını istedadların
üzlərinə açır.
Onlardan biri də Xosrov
Fərəcovdur. Ağdam şəhər
Mədəniyyət Evinin
nəzdində məşhur
“Şur” ansamblını
yaradıb və uzun müddət ona rəhbərlik edib. O, kamil tarzən idi. Digər rayonlardan fərqli olaraq, işğaldan əvvəl Ağdamda musiqi məktəbləri daha çox idi. Həmin ənənə, şükürlər olsun
ki, bu gün
də davam edir. Konkret desək, rayonun
8 kəndində yeddillik
uşaq musiqi məktəbinin fəaliyyət
göstərməsi təsadüfi
deyil. Bu onun göstəricisidir ki, Qarabağda musiqiyə vurğunluq gendən gəlir, nəsildən-nəslə ötürülür”.
Haqqında söz açılan musiqi məktəbi Ağdamın işğalından
sonra fəaliyyətini
bir müddət Bərdədə davam etdirib. Lakin şəraitsizlikdən Bakıya köçüb,
2006-cı ildən 2013-cü ilədək Bakı Dövlət Universitetinin yataqxanasında sığınacaq
tapmışdı. Hazırda Qaradağ
rayonunun Müşfiqabad
qəsəbəsində məcburi
köçkünlər üçün
salınmış yeni
yaşayış məntəqəsində
fəaliyyətini davam
etdirir. 55 ixtisas müəllimi 200-dən
artıq şagirdin musiqiyə olan həvəsini artırmaq,
onları özfəaliyyətdən
peşəkarlığadək hazırlamaq üçün
var qüvvəsi ilə çalışır.
Bunun üçün də çox münbit, hərtərəfli şərait
də yaradılıb.
Direktorun
sözlərinə görə,
istər Mədəniyyət
Nazirliyi, istərsə
də rayon rəhbərliyi
onlara daim diqqət və qayğı ilə yanaşıblar. Nəticə isə göz qabağındadır. Kollektiv respublika
müsabiqələrində, eləcə də müxtəlif festivallarda,
sadəcə iştirak
etmir, həm də layiqli yer tutaraq mükafatlandılırlar.
Ayrı-ayrı ixtisaslar üzrə faliyyət göstərən
siniflərə baş
çəkdik. Nərmin Orucovanın, Sədaqət
Məmmədovanın, Sabiq
Əliyevin, Gündüz
İsmayılovun, Habil
Məmmədovun, Rəhman
Zamanovun, Tural Allahverdiyevin, Sevda Süleymanovanın, öz
peşə və ixtisasını sevdirən
digər müəllimlərin
əməyi sayəsində
məktəbin xanəndəlik
sinfinin şagirdləri
Mahmud Rzazadə ilə
Kamal Mustafayev ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş respublika müsabiqəsinin qalibləri
adını qazanıb
və mükafatlandırılıblar.
Sinif otaqlarından gələn
musiqi insan ruhunu oxşayır. Musiqi alətlərinin ifaçıları birləşəndə
bütöv bir xalq çalğı alətləri ansamblı yaranır. Sazda “Dilqəmi”, tarda “Çahargah”, qarmonda “Tərəkəmə”, fortepianoda
Üzeyir Hacıbəylinin
“Koroğlu” operasından
parçalar nağaranın
ritmində, sintizatorla
elə müşayiət
olunur ki, sanki bir orkestrdir.
Burada saz müəllimi Anar Alnağıyevin şagirdləri
- Elmaraz Cəbrayıllı
ilə Asif Hacızadənin də dəst-xətti hiss olunur.
Fortepiano müəllimi Nərminə Orucova 1-ci sinif şagirdi Zeynəb Abdullayevanın musiqi duyumu ilə
incə, zərif barmaqlarının eyni ahəngdə olduğunu söyləyir. Belə
istedadların məktəbdə
az olmadığını
öyrəndik. Onların
sırasında isə
Əmrullah Rüstəmov,
Şəmsi və
Nadir Abdullayevlər, Rəvan
Qaraxanov, Ülvi İsgəndərli, Əli
Mustafazadə, Şəms
Vəliyeva, Sona Abdullayeva və İlkin Qədirovun da adları var.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2018.- 24 iyul.- S.5.