Bakıda “Jara-2018” festivalı başlayıb

 

İyulun 26-da Bakıda “Jara-2018” festivalı başlayıb. AZƏRTAC xəbər verir ki, festivalın birinci günündə əvvəlcə Alekseev, Zara, Emil Qədirov, Saşa Orlov, Elina Çaqa Andrey Qrizli dueti, Natan, Sofi Kalçeva, Ruslan Sultan başqalarının ifaları təqdim edilib. Estrada ulduzları ifalarından sonra festival haqqında təəssüratlarını bölüşüb, burada çıxış etməkdən məmnun qaldıqlarını bildiriblər.

Festivalın ilk günü tamaşaçılara xoş anlar yaşadıb. Azərbaycanın Xalq Artisti Emin AğalarovunNeveroyatnaya”, “Azərbaycanmahnılarını ifa etməsi, eləcə onun Stiven Siqalla birgə “Boogie man” ifası alqışlarla qarşılanıb.

Alessandro Safinanın Müslüm Maqomayevin repertuarındanƏbədi mavilikmahnısını səsləndirməsi, Mariya Novikova ilə dueti tamaşaçıların alqışlarına səbəb olub.

Sonra tanınmış ifaçılar Tomas Nevergreen, İn Grid, habelə MOZGİ qrupunun çıxışları olub.

Filip Kirkorovun onu müşayiət edən musiqiçilərlə birgə səhnəyə çıxışı “Jara-2018”in hərarətini daha da artırıb. Dünya şöhrətli ifaçı Bakıya yenidən gəlməkdən, buradakı dostlarını görməkdən çox şad olduğunu bildirib. Qeyd edib ki, “Jara” Beynəlxalq Musiqi Festivalının ömrü uzun olacaqonun üçün “Jara”nın bir parçası olmaq şərəfdir.

Festivalın ilk günündə, həmçinin MOT, Artik & Asti, A`Studio, Brandon Stone, DoReDos, LOBODA, Artyom Pivovarov, Yuliya Kovalçuk, Slava, Lyibov Uspenskayanın Nastya Kamenskix ilə dueti, Artur Pirojkov, Timati, Yeqor Krid, Valeriya və başqalarının çıxışları olub.

Festival çərçivəsində səslənən fikirlərdən biri də “Jara”nın miqyasına görə “Eurovisiondan heçgeri qalmadığı barədə olub. Hər bir tamaşaçı bu festivalda öz ifaçısını və mahnısını tapa bilər. Festivalın birinci günündə Yana ÇurikovaNikolay Baskov aparıcılıq ediblər.

Festival çərçivəsində növbəti günlərdə yaradıcılıq gecələri də keçiriləcək.

Qeyd edək ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radionun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

 

Azərbaycan.- 2018.-27 iyul.- S.3.