Builki “Jara” festivalında 75 ifaçı
çıxış edəcək
Builki “Jara” festivalının hazırlıq
işlərinə təxminən
bir il
vaxt sərf olundu. Biz “Jara-2017” Beynəlxalq
Musiqi Festivalını
başa çatdırdıqdan
sonra keçən il avqust
ayının əvvəlində
görüşdük və
görəcəyimiz işləri
planlaşdırmağa başladıq.
AZƏRTAC xəbər
verir ki, bu sözləri Azərbaycanın Xalq Artisti, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından
biri Emin Ağalarov mətbuat konfransında səsləndirib. Qeyd edib ki, bu
il festivalda
75 ifaçı çıxış
edəcək, 1200-dən çox
musiqiçi gəlib.
Artıq
“Odnajdı na Jare” filminin çəkilişlərinə başlanılıb. Bu ekran əsərində festivalın iştirakçıları
rol alıb. Diqqətə çatdırdı ki, filmdə iştirak edəcək 58 artistdən biri də Stiven Siqaldır. O da ilk dəfə olaraq bu festivalda iştirak
edir. Həmçinin hər bir
artist üçün “Jara”
albomunun hazırlanması
nəzərdə tutulur.
“Jara-2018” festivalının
açılışı münasibətilə təşkil
edilən mətbuat konfransında, həmçinin
festivalın digər təşkilatçıları - Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi
Sergey Kojevnikov, dünya
şöhrətli ifaçılar
Filip Kirkorov, Lyubov Uspenskaya, habelə MOT jurnalistlərin
suallarını cavablandırıblar.
“Jara” Beynəlxalq Musiqi Festivalı musiqi aləmində 2018-ci ilin ən vacib hadisələrindəndir. Dörd gün
ərzində əsl musiqi bayramı olacaq. Mən çox festivalda
iştirak etmişəm,
“Jara” Beynəlxalq Musiqi Festivalı çox yüksək səviyyədə təşkilatçılığı
ilə digərlərindən
seçilir”, - deyə
vurğulayan Filip Kirkorov qonaqpərvərliyə
görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını
bildirib. O, iki il öncə
“Crystal Hall”da keçirdiyi
konserti yaradıcılığının
ən möhtəşəm
konserti adlandırıb.
Qriqori Leps isə festivalda
gənc ifaçıların
iştirakını yüksək
dəyərləndirib. Gənc ifaçı
MOT isə bu festivalı gənclər üçün bir yaxşı başlanğıc
kimi qiymətləndirib.
İlk dəfə bu festivalda iştirak etdiyini qeyd edən
Lyubov Uspenskaya təşkilatçılığın yüksək səviyyədə
olduğunu, Bakını
da gəzəcəyini
qeyd edib.
Azərbaycan.-
2018.-27 iyul.- S.3.