“Jara-2018”: hərarət artır

 

Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində üç gündür davam edən “Jara-2018” Beynəlxalq Musiqi Festivalının konsert proqramları həm iştirakçılara, həm də tamaşaçılara xoş anlar yaşatmaqdadır. AZƏRTAC xəbər verir ki, iyulun 28-də festival iştirakçılarının qırmızı xalı üzərində keçidi olub.

MuzTv-nin baş direktoru Arman Davletyarov da övladları ilə birgə xalıdan keçib.  Xalıdan keçən dünya şöhrətli musiqiçi Brandon Hovard “Jara”nın əvəzinin olmadığını deyib, festivala çoxlu sayda parlaq ulduzun qatıldığını vurğulayıb.

Yuliya Baranovskaya Bakıda keçirilən bu möhtəşəm festivalda iştirakından məmnunluğunu bildirib.

Marina Novikova deyib ki, “Jaraçox gözəl festivaldır və burada iştirak etmək onun üçün nailiyyətdir.

Sergey KojevnikovLeninqradqrupunun Bakıda ilk dəfə çıxış edəcəyini və bunun onlar üçün mühüm hadisə olacağını qeyd edib.

Azərbaycanın xalq artisti Emin Ağalarov “Jara-2018”in üçüncü gecəsinin də yaddaqalan olacağını vurğulayıb.    

Qırmızı xalıdan, həmçinin Romadi, Aleks Malinovski, Danil Buranov, Nikolay Rastorquyev, Elvira T., “Cosmos girlsqrupu, ST, Manana, Səmra, İqor Qulyayev, Jasmin, Anjelika Aqurbaş, Qriqori Lepsin Prodüser Mərkəzindən Şarif, festivalın təşkilatçılarından biri olan Sergey Kojevnikov və başqaları keçiblər.

Xalıdan keçən tanınmış müğənnilər “Jara-2018”lə bağlı təəssüratlarının zəngin olduğunu bildirib, Bakının günəşli havasının, Xəzər dənizinin və festivalda ifaların əsl bayram əhvali-ruhiyyəsi yaratdığını qeyd edib, azərbaycanlıların qonaqpərvərliyini vurğulayıblar. Onlar, həmçinin festivala böyük həvəslə hazırlaşmalarından, yaradıcılıqlarında olan yeniliklərdən söz açıblar.

Qırmızı xalının aparıcıları Yana KoşkinaKonstantin Tarasyuk olub.

 

Azərbaycan.- 2018.-29 iyul.- S.3.