“Jara-2018” Beynəlxalq Musiqi Festivalı başa çatıb
İyulun 29-da Bakıda,
“Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2018” Beynəlxalq
Musiqi Festivalının
dördüncü – sonuncu
günündə geniş
konsert proqramı, Valeri Meladzenin və Lyubov Uspenskayanın yaradıcılıq
gecələri keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqları sırasında olub.
“Jara-2018”in sonuncu
günü də ənənəvi olaraq iştirakçıların xalı
üzərindən keçidi
ilə başlanıb. Vaxtanq Kikabidze, Anastasiya Spiridonova, Aleksandr Marşal, Danil Buranov, Yulya Baranovskaya, Bella Potyomkina, Aygün Kazımova, Emil Qədirov, Valeri Meladze, Albina Canabayeva, Timur Rodrigez, Aleks Malinovski, Sergey Kojevnikov,
Vera Brejneva, “Jara v
Baku” filminin aktyorları,
Anjelika Aqurbaş,
Diana Arbenina, festivalın
təşkilatçıları – müğənni və bəstəkar, Azərbaycanın
Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artistləri Qriqori Leps, Sergey Kojevnikov və başqaları
festival günlərinin təəssüratlarını
bölüşüblər. Müğənnilər Bakının gözəlliyindən,
Azərbaycanın milli
mətbəxindən söhbət
açıb, xalqımızın
qonaqpərvərliyini vurğulayıblar.
Azərbaycanın üç
ildir ev
sahibliyi etdiyi “Jara” Beynəlxalq Musiqi Festivalına böyük həvəslə
hazırlaşdıqlarını söyləyən ifaçılar
bu tədbiri musiqi aləmində mühüm hadisə kimi dəyərləndiriblər.
Qırmızı xalıdan keçənlər
sırasında MBAND qrupundan
Anatoli Tsoy festival günlərinə təsadüf
edən doğum gününü Bakıda
qeyd etməsindən məmnun olduğunu deyib. MuzTV-nin baş direktoru
Arman Davletyarov festival çərçivəsində Heydər Əliyev Mərkəzinin həyətində
konsert proqramının
möhtəşəm keçdiyini
vurğulayıb. Diana Arbenina “Jara” Beynəlxalq Musiqi Festivalını keçirməyin
böyük bacarıq
tələb etdiyini, bu musiqi bayramına
hər il
həvəslə qatıldığını
söyləyib.
Qırmızı xalıdan keçid mərasiminin aparıcıları
Yana Koşkina və
Konstantin Tarasyuk olub.
Festivalın sonuncu gününün konsertində
Aygün Kazımova, Vaxtanq Kikabidze, Aleksandr Marşal, MBAND, Albina Canabayeva, Anjelika Aqurbaş, Vera Brejneva, Soso Pavliaşvili, Timur Rodrigez, Diana Arbenina, İrina Dubtsova, Lyubov Uspenskaya, Lolita və başqaları tamaşaçılara xoş
anlar yaşadıblar.
Valeri Meladzenin yaradıcılıq
gecəsi “Jara-2018”-in yaddaqalan
tədbirlərindən biri
olub. Səhnəyə çıxan müğənni
yaradıcılıq gecəsinin
Bakıda təşkilindən
çox şad olduğunu bildirib və populyar mahnılarını səsləndirib.
Onun Ani Lorak, Diana Arbenina, Qriqori Leps, Albina
Canabayeva və başqaları ilə duetləri, Emin və Vera Brejnevanın dueti, MBAND, A`Studio, Artik & Asti qruplarının,
Danil Buranovun, Timur Rodrigezin və digər müğənnilərin Valeri
Meladzenin repertuarından
mahnılar səsləndirməsi
festivalın sevgi, musiqi dolu hərarətini
daha da artırıb.
Musiqi bayramının sonuncu günündə unikallığı
ilə seçilən
digər tədbir isə Rusiyanın tanınmış müğənnisi
Lyubov Uspenskayanın yaradıcılıq gecəsi
olub. Gecədə Nastasya
Samburskaya, Anastasiya Spiridonova, Ani Lorak, Qriqori Leps, Anjelika Aqurbaş, Denis Klyaver, Slava, Emin, Qlyuk'oza,
İntars Busulis və başqaları Lyubov Uspenskayanın repertuarından mahnılar
səsləndiriblər.
Lyubov Uspenskaya yaradıcılıq
gecəsinin Bakıda keçirilməsindən məmnunluğunu
bildirib, gecədən
xeyli keçməsinə
baxmayaraq tədbirə
gəlmiş hər kəsə təşəkkür
edib. Tanınmış müğənni sevimli mahnılarını
ifa edib. Onun Azərbaycan dilində oxuduğu “Ağ çiçəyim” mahnısı
xüsusi alqışlarla
qarşılanıb. Gecədə
Lyubov Uspenskaya Soso Pavliaşvili, Dominik Coker, Aleksandr Panayotov və başqaları ilə duetlər də oxuyub. Şövqlü ifa və rəqslər tamaşaçılarda
xoş anlar yaşadıb.
Lyubov Uspenskayanın yaradıcılıq
gecəsi “Jara-2018” çərçivəsində
sonuncu tədbir olub.
Festival iştirakçıların
səhnəyə çıxaraq
birgə ifası və atəşfəşanlıqla
başa çatıb.
Qeyd edək ki, festivalda
çıxış edən
75 ifaçı, eləcə
də 1200-dən çox
musiqiçi dörd gün ərzində Bakının mədəni
həyatına sevgi, hərarət, coşqunluq
gətirib. Bu musiqi
bayramında həm yaşlılar, həm də gənclər öz zövqlərinə
uyğun musiqini dinləyə biliblər.
Başqa cür ola da bilməzdi. Belə ki, “Jara-2018”-in hazırlıq
işlərinə ondan
əvvəlki festival yekunlaşdıqdan
bir neçə gün sonra başlanılıb. Festivalı yüksək
səviyyədə keçirmək
üçün təşkilatçılar
maksimum səylə çalışıblar. Çünki onlar festival zamanı
tamaşaçıların unudulmaz anlar yaşayacaqlarına söz
vermişdilər. “Jara”nın hər gününün konsert proqramı, müğənnilərin
bir-birindən maraqlı
ifaları, müxtəlif
instalyasiyalar, əsrarəngiz
şou, konsert proqramlarının müasir
standartların tələblərinə
cavab verən möhtəşəm səhnədə,
eləcə də hovuzu olan məkanda
nümayişi təşkilatçıların
verdikləri sözə
əməl etdiklərini
təsdiqlədi. Musiqi
ilə yanaşı, xoreoqrafiya səhnəcikləri,
fərqli dekorasiyalar, təşkilatçıların ən xırda detalları belə nəzərə almaları,
müasir səhnə
tərtibatı, işıq
və lazer şousu tamaşaçıların
zövqünü oxşadı,
“Jara”nı unudulmaz anlar, xoş xatirələr və əsl bayram tədbirinə çevirdi.
Festival günlərində
konsertlərdə Yana Çurikova
və Nikolay Baskov aparıcılıq ediblər.
Azərbaycan.- 2018.-31 iyul.- S.5.