Qaradağ rayonunun
Lökbatan-Qızıldaş avtomobil yolunun tikintisi ilə
bağlı tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Qırx altı min nəfər əhalinin
yaşadığı 4 yaşayış məntəqəsini
birləşdirən Lökbatan-Qızıldaş avtomobil
yolunun tikintisi məqsədi ilə Azərbaycan
Respublikasının 2018-ci il dövlət büdcəsinin
dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə avtomobil yollarının tikintisi və
yenidən qurulması üçün nəzərdə
tutulmuş vəsaitin 7,9 milyon (yeddi milyon doqquz yüz min)
manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə
ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə maliyyələşməni
təmin etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
24 iyul 2018-ci il
Azərbaycan.- 2018.-25 iyul.- S.1.