Türkiyənin xarici işlər naziri ulu öndər Heydər
Əliyevin məzarını və Şəhidlər xiyabanını
ziyarət edib
Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 24-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Mövlud Çavuşoğlu Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nazirə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Daha sonra Türkiyənin xarici işlər naziri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb.
Jurnalistlərə
müsahibəsində Mövlud Çavuşoğlu Türkiyədə yeni hökumətin qurulmasından sonra ənənəvi olaraq
ilk xarici səfərini
Azərbaycana etdiyini söyləyib. O, Rəcəb
Tayyib Ərdoğanın Prezident
seçiləndən sonra ilk
xarici səfərini bir
neçə gün öncə Azərbaycana
etdiyini xatırladıb və bunun önəmini qeyd edib. Mövlud Çavuşoğlu Türkiyənin parlament sədrinin və milli
müdafiə nazirinin Azərbaycana səfərlərinin
gözlənildiyini söyləyib. Nazir Azərbaycana
səfəri zamanı ölkələrimiz arasında
münasibətlərə dair müzakirələrin
aparılacağını vurğulayıb.
Azərbaycan.-
2018.-25 iyul.- S.2.