Azərbaycan hərtərəfli inkişaf dövrünü yaşayır

 

Dünən İqtisadiyyat Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı KİV nümayəndələri arasındaAzərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatımövzusunda keçirdiyi müsabiqənin nəticələrini açıqlayıb. Nazirlik rəsmilərinin KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu il yaranmasının 100-cü ildönümü qeyd olunan müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 il yaşasa da, milli dövlətçilik tarixində silinməz iz qoyduğunu, xalqın qəlbində azadlıq istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün zəmin yaratdığını deyib. Qeyd edib ki, cümhuriyyət dövründə başlanılan, amma başa çatdırılmayan bir çox işlər XX əsrin 90-cı illərində müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası tərəfindən həyata keçirilib.

N.Səfərov deyib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizin hərtərəfli inkişaf modeli Azərbaycan Xalq Cümhuriyyəti qurucularının ali arzularının həyata keçirilməsinə gözəl nümunədir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan möhkəm sarsılmaz təməl üzərində hərtərəfli inkişaf dövrünü yaşayır. Dayanıqlı davamlı inkişaf edən Azərbaycan dünyada etibarlı tərəfdaş, beynəlxalq layihələrin təşəbbüskarı fəal iştirakçısı, regionun siyasi, iqtisadi mədəni mərkəzi, dünya miqyasında əhəmiyyətli tranzit ölkəsidir.

Daha sonra çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilən müsabiqələrdə, eləcə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatımövzusunda keçirilən müsabiqədə KİV-in fəal iştirak etdiyini bildirib, müsabiqənin təşkilinə görə İqtisadiyyat Nazirliyinə təşəkkür edib.

Azərbaycan Respublikası yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli dövlət başçısının ölkəmizdə medianın inkişafına xüsusi diqqət qayğı göstərdiyini vurğulayaraq KİV nümayəndələri arasında belə müsabiqələrin təşkilinin önəmini qeyd edib.

İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri, Müsabiqə Komissiyasının sədri Ayaz Əliyev diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin böyük əksəriyyəti jurnalist olub. XX əsrin əvvəllərində fəaliyyət göstərən demokratik yönümlü mətbuat orqanları xalqı narahat edən problemlərə həssas yanaşıb, azadlıq, istiqlalçılıq, türkçülük ideyalarını təbliğ ediblər. Bildirilib ki, müsabiqəyə ümumilikdə 85 məqalə təqdim edilib. Bütün materiallar İqtisadiyyat Nazirliyində yaradılmış komissiya tərəfindən qiymətləndirilib qaliblər müəyyənləşdirilib.

Sonda qaliblər elan olunub, onlara diplomlar mükafatlar təqdim edilib. Azərbaycanqəzetinin əməkdaşı Elçin Cəfərov birinci yerə layiq görülüb. Müsabiqənin digər iştirakçılarına da diplom hədiyyələr verilib.

 

Azərbaycan.- 2018.-25 iyul.- S.3.