Latviyada "Azərbaycan
Ticarət Evi" açılıb
İyulun 23-də Latviyanın paytaxtı Riqada "Azərbaycan Ticarət Evi" açılıb.
Bununla əlaqədar təşkil
olunmuş tədbirdə
hər iki ölkənin rəsmi şəxsləri, Azərbaycan-Latviya
parlamentlərarası əlaqələr
üzrə işçi
qrupunun üzvləri,
sahibkarlar iştirak ediblər.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Respublikası
Prezidentinin müvafiq tapşırığının icrası olaraq İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış
"Azərbaycan Ticarət
Evi" "Made in Azerbaijan" brendinin Latviya bazarında daha çox tanıdılmasına,
Azərbaycan məhsullarının
ixracının təşviqi
və genişləndirilməsinə
dəstək göstərəcək,
Latviyada satışını
təşkil edəcək,
bu sahədə əlaqələndirməni həyata
keçirəcək.
Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif
növ məhsullarının
sərgisi təşkil
olunub. Daimi fəaliyyət göstərəcək
sərgidə Azərbaycan
şirkətlərinin istehsal
etdiyi 70 çeşidə
yaxın şərab məhsulları, 26 çeşiddə
konyak, 10 çeşiddə
araq, 26 çeşiddə
çay, 23 çeşiddə
meyvə şirələri
və kompotlar, 70 çeşiddən çox
digər məhsullar,
o cümlədən bitki
yağları, zeytun, fındıq, düyü,
meyvə-tərəvəz, tekstil və kosmetik məhsullar, sənaye malları, turizm xidmətləri nümayiş olunur.
Açılış mərasimində
çıxış edən
Azərbaycan Respublikası
iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov
Latviyada "Azərbaycan
Ticarət Evi"nin açılmasının
dövlət başçılarının
ölkələrimiz arasında
iqtisadi-ticarət əlaqələrinin
inkişafına verdikləri
böyük önəmin,
Latviyada Azərbaycan məhsullarına olan marağın göstəricisi
olduğunu vurğulayıb.
Qeyd olunub ki, qarşılıqlı
hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Latviya
əlaqələri uğurla
inkişaf edir. Latviyada "Azərbaycan Ticarət Evi"nin
açılması iki
ölkə arasında
iqtisadi əlaqələrin
genişləndirilməsinə mühüm töhfə verəcək.
Azərbaycanın Latviya ilə investisiya əməkdaşlığından danışan Sahib Məmmədov
qeyd edib ki, Azərbaycan tərəfdən Latviyaya
164 milyon dollar, Latviya tərəfindən Azərbaycan
iqtisadiyyatına 84 milyon
dollar həcmində sərmayə
qoyulub. Azərbaycanda tikinti, xidmət,
sənaye, rabitə, nəqliyyat, ticarət,
bank və sığorta
sahələrində 40 Latviya
şirkəti fəaliyyət
göstərir.
Latviya Respublikasının
Azərbaycan-Latviya hökumətlərarası
komissiyanın həmsədri,
Latviyanın nəqliyyat
naziri Uldis Auqulis Riqada "Azərbaycan Ticarət Evi"nin fəaliyyətə
başlamasının ikitərəfli
iqtisadi əlaqələrin
inkişafında mühüm
addım olduğunu, ölkələrimiz arasında
iqtisadi əməkdaşlığın
və işgüzar münasibətlərin inkişafında
əhəmiyyətini vurğulayıb.
Arvils Aşeradens Latviya ilə Azərbaycan arasında qarşılıqlı
əlaqələrin bundan
sonra da genişlənəcəyinə əminliyini diqqətə
çatdırıb, əməkdaşlığın
genişləndirilməsi istiqamətlərinə
dair fikirlərini bölüşüb.
Azərbaycan-Latviya Parlamentlərarası
Dostluq Qrupunun rəhbəri Kamran Bayramov Latviyada "Azərbaycan Ticarət Evi"nin açılmasının
iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında
önəmini vurğulayıb,
iş adamlarını
bu imkandan yararlanmağa dəvət
edib.
Tədbir çərçivəsində Azərbaycanın "Kaslar"
MMC və "Bina Aqro" MMC şirkətləri
ilə Latviya şirkətləri arasında
Azərbaycan istehsalı
olan məhsulların Latviyaya ixracına dair anlaşma memorandumları imzalanıb.
Sonra tədbir iştirakçıları "Azərbaycan Ticarət Evi" və burada daimi fəaliyyət
göstərən Azərbaycan
məhsullarının sərgisi
ilə tanış
olublar.
Səfər çərçivəsində
Azərbaycan nümayəndə
heyəti Latviya Baş nazirinin müavini, iqtisadiyyat naziri Arvils Aşeradens
ilə görüşüb,
ikitərəfli iqtisadi
əlaqələrin mövcud
vəziyyəti, perspektiv
əməkdaşlıq imkanları
barədə müzakirələr
aparıb.
Azərbaycan.- 2018.- 24 iyul.- S.3.