“Made in Azerbaijan” - tələbat da, çeşid çoxalır

 

LatviyadaAzərbaycan Ticarət Evi”nin açılışı məhsullarımızın ixrac coğrafiyasını bir qədər genişləndirdi

 

Xarici əlaqələrini daim genişləndirən Azərbaycan həm ixrac imkanlarını, həm ixrac coğrafiyasını şaxələndirir. Bunun üçün ardıcıl tədbirlər görülür. İlk növbədə xarici iqtisadi əlaqələrin mühüm tərkib hissəsi olan ticarət fəaliyyətini tənzimləyən qanunvericilik daha da təkmilləşdirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində son illər sahibkarların öz ixrac-idxal əməliyyatlarını daha rahat şəkildə həyata keçirmələri üçün mühüm işlər görülür.

 

İxrac-idxal əməliyyatları getdikcə sadələşdirilir

 

Bu gün ölkənin ixrac potensialından tam səmərəli istifadə olunması üçün dövlət tərəfindən bir sıra addımlar atılır, müvafiq sənədlər imzalanır. Elə dövlət başçısının aprel ayının 20-də ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı sərəncam da bu məqsədlərə xidmət edir. Belə ki, sənəd qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsinə ixracın həcminin artırılmasına xidmət edir.

Əlavə edək ki, hələ ötən ilin may ayında Nazirlər Kabinetinin qərarına əsasən, ixrac-idxal əməliyyatlarında sərhəd-keçid məntəqələrində tələb olunan sənədlərin sayı da azaldılmışdı. Bu, sahibkarların ixrac-idxal missiyalarını daha asan həyata keçirə bilməklərinə yönəlmiş növbəti islahat tədbirlərinin bir hissəsi idi.

 

Xarici ölkələrə 15 ixrac missiyası baş tutub

 

Qeyri-neft ixracının artırılması məqsədilə dövlət dəstəyi tədbirləri davam etdirilir. İndiyədək 15 ixrac missiyası təşkil olunub, beynəlxalq sərgilərdə ilkin razılaşmalar sifarişlər əldə olunub, ixrac müqavilələri imzalanıb. Həmçinin ixrac təşviqinin ödənilməsi davam etdirilib bu ilin birinci yarısında sahibkarlara 2,2 milyon manat, indiyədək isə 5,3 milyon manat ixrac təşviqi ödənilib.

Yerli məhsulların ixracında istehsalçılara dəstək göstərmək ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədilə yaradılmış İxracatçılar Klubunun, arıçılar, nar, fındıq, şərab, çay, süd s. istehsalçıları ixracatçıları assosiasiyalarının iclasları keçirilib, yerli şirkətlərə ixracla bağlı xidmətlər göstərilib.

Həyata keçirilən kompleks tədbirlər nəticəsində ixracın artım tempi davam edib, kənd təsərrüfatı məhsullarının ixracı 22 faiz, sənaye məhsullarının ixracı 27 faiz, xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı isə 34 faiz artıb.

 

İlk dəfə olaraq ölkəmizə alıcı missiyaları təşkil olunur

 

Prezident İlham Əliyevin “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dair fərmanına uyğun olaraq, bu il Azərbaycan şirkətləri dövlət büdcəsi hesabına 11 beynəlxalq ərzaq sərgisində vahid ölkə stendi ilə iştirak ediblər.

Bununla yanaşı, ixracın dəstəklənməsi mexanizmləri stimullaşdırıcı tədbirlərin əhatə dairəsi daha da genişləndirilib. Dövlət başçısının xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat patent almasına dair yanvarın 11-də imzaladığı fərmana əsasən bu ildən xarici ölkələrə daha çox ixrac missiyaları həyata keçiriləcək. İlk dəfə Azərbaycana alıcı missiyaları təşkil olunacaq, bu məsələdə sahibkarlara daha çox dəstək göstəriləcək.

 

Xarici KİV- “Made in Azerbaijan” brendinin təşviqinə başlanıb

 

Hazırda Azərbaycanın Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri Şərqi Avropada ticarət nümayəndələri fəaliyyət göstərir. Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyanın Həştərxan şəhərindəAzərbaycan İş Mərkəziaçılıb.

Xarici kütləvi informasiya vasitələrində sahəvi brendlərin reklamı kampaniyasına, “Made in Azerbaijan” brendinin təşviqinə başlanıb. Əlbəttə ki, həm reklam kampaniyası, həm islahatlar geniş vüsət aldıqca, Azərbaycanın dünyanın əksər ölkələri ilə ticarət dövriyyələri artır yeni ticarət müqavilələri bağlanır. Dövlət daha çox qeyri-neft sektorunun inkişafı, yerli istehsalın güclənməsi, yeni yerlərinin yaradılması ölkəmizin daha sürətlə inkişafı üçün bütün lazımi addımları atır.

 

Azərbaycanın 3-cü “Ticarət EviLatviyada açıldı

 

Belarus Ukraynadan sonra Latviyada daAzərbaycan Ticarət Evifəaliyyətə başlayıb. İyulun 23-də Latviyanın paytaxtı Riqada ticarət evinin təntənəli açılış mərasimi keçirilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmışAzərbaycan Ticarət Evidünya bazarında tələbat artan “Made in Azerbaijan” brendinin Latviya bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi genişləndirilməsinə dəstək göstərəcək, bu ölkədə məhsullarımızın satışını təşkil edəcək, eyni zamanda bu sahədə əlaqələndirməni həyata keçirəcək.

Azərbaycan mallarının Avropa İttifaqı bazarına ixracı üçün nəqliyyat logistikası sahəsində azərbaycanlı sahibkarlara Latviyanın tranzit dəhlizinin - limanların, dəmir yolların, aeroportun, avtonəqliyyatın imkanlarından istifadə etmək təklif olunub. Bundan başqa, Azərbaycanın Avropa ölkələrinə göndərilən xarici ticarət yüklərinin saxlanması emal edilməsi məqsədilə Latviya ərazisində yeni nəqliyyat-logistika mərkəzləri, terminallar, anbarlar yaratmaq üçün geniş imkanlar var.

 

 Artıq Latviyaya 120 ton kənd təsərrüfatı məhsulu göndərilib

 

Ticarət evi”ndə Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə Azərbaycan şirkətlərinin istehsal etdiyi 70 çeşidə yaxın şərab məhsulları, 26 çeşiddə konyak, 10 çeşiddə araq, 26 çeşiddə çay, 23 çeşiddə meyvə şirələri kompotlar, 70 çeşiddən çox digər məhsullar, o cümlədən bitki yağları, zeytun, fındıq, düyü, meyvə-tərəvəz, tekstil kosmetik məhsullar, sənaye malları, turizm xidmətləri nümayiş olunur. Artıq 120 ton kənd təsərrüfatı məhsulu Latviyaya göndərilib.

Bu, eyni zamanda, Azərbaycan məhsullarının Latviya bazarında təşviqi istiqamətində geniş imkanlar yaradacaq nəticə etibarilə, Azərbaycanda həyata keçirilən qeyri-neft ixracının genişləndirilməsinə bir töhfə olacaq. Bütün bunlar həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Hazırda qarşılıqlı hörmət dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Latviya əlaqələri uğurla inkişaf edir. Azərbaycanla Latviya arasında əlaqələr dövlət başçılarının siyasi iradəsi nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

LatviyadaAzərbaycan Ticarət Evi”nin açılması da bu ölkədə Azərbaycan məhsullarına olan marağın göstəricisidir. Əlbəttə ki, “Azərbaycan Ticarət Evi”nin açılması iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcək.

 

 164 milyon dollarlıq sərmayə

 

Azərbaycan tərəfdən Latviyaya 164 milyon dollar, Latviya tərəfindən Azərbaycan iqtisadiyyatına 84 milyon dollar həcmində sərmayə qoyulub. Azərbaycanda tikinti, xidmət, sənaye, rabitə, nəqliyyat, ticarət, bank sığorta sahələrində 40 Latviya şirkəti fəaliyyət göstərir.

Açılış mərasimində Azərbaycanın iki şirkəti ilə Latviya şirkətləri arasında ölkəmizdə istehsal olunan məhsulların Latviyaya ixracına dair anlaşma memorandumları imzalanıb.

Azərbaycan Ticarət Evi”nin əsas istiqamətlərindən biri ölkəmizin məhsullarının Latviyaya Latviya vasitəsilə digər Avropa ölkələrinə ixracı istiqamətində tədbirlər görmək, hər iki ölkənin adamları arasında əlaqələr yaratmaqdan ibarətdir. Yəni, bu cür platforma vasitəsilə Azərbaycan məhsulları təkcə Latviya bazarına deyil, digər ölkələrin bazarlarına çıxış imkanı əldə edəcək. Bu, ölkəmizə əlavə valyutanın daxil olmasına, eyni zamanda, Azərbaycan adamlarının avropalı adamları ilə əlaqələrinin inkişaf etdirilməsinə müsbət təsir göstərəcək.

 

İlin sonuna kimi bir neçə ölkədə ticarət şərab evləri açılacaq

 

Bu ilin sonunadək Çinin Şanxay şəhərindəAzərbaycan Şərab Evi”, Birləşmiş Ərəb ƏmirliklərindəAzərbaycan Ticarət Evi”nin açılması planlaşdırılır. Çinin paytaxtı Pekində və bir sıra digər iri şəhərlərində də ticarət və şərab evlərinin yaradılması nəzərdə tutulur.

Həm ticarət evlərinin, həm də ticarət nümayəndəlikərinin fəaliyyəti, eləcə də ölkədə biznes mühitinin inkişafına və sahibkarların fəaliyyətinə dövlət dəstəyinin gücləndirilməsi “Made in Azerbaijanbrendinin ixrac coğrafiyasını genişləndirməkdədir. Hazırda ölkəmizdə qeyri-neft sektorunda istehsal edilən əksər məhsullar dünyanın bir sıra ölkələrinə ixrac edilir və hər il çeşidi artan məhsullarımız dünya bazarında layiqli yerini tutur. Bu isə bir daha təsdiq edir ki, milli brendimizə, məhsullarımıza tələbat getdikcə çoxalır. Son altı ayda dünyanın 170 ölkəsi ilə qarşılıqlı ticari əməkdaşlıq bunun əyani sübutudur.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2018.-27 iyul.- S.1-2.