İqtisadi müstəqilliyin yaratdığı reallıq

 

İlham Əliyevin yeni inkişaf strategiyasının nailiyyətləri beynəlxalq reytinq agentliklərinin hesabatlarında da yüksək qiymətləndirilir

 

Həyatın sürətlə inkişaf etdiyi, beynəlxalq münasibətlərin dəyişdiyi, qloballaşan dünyada yeni məsələlərin, çağırışların ortaya çıxdığı bir zamanda Azərbaycanda həyata keçirilən siyasiiqtisadi islahatlar ölkəmizə hər keçən gün uğur gətirir.

Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan, sözün tam mənasında, müstəqil, özünü təmin edən, milli köklərə əsaslanan, eyni zamanda, dünya birliyinin etibarlı və layiqli üzvü olan dövlətdir.

Azərbaycan son 15 ildə dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçib. 2003-cü ildən bu yana valyuta ehtiyatlarının 24 dəfə artaraq 44,3 milyard dollara yüksəlməsi, iqtisadiyyatına 250 milyon dollar investisiyanın yatırılması bunu təsdiq edən ən vacib faktlardır. Bütün bunlar beynəlxalq reytinq təşkilatlarının hesabatlarında da öz əksini tapır.

 

MDB üzrə əməkhaqqının səviyyəsinə görə ilk beşlikdə

 

Bu günlərdə Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutu MDB ölkələri arasında əməkhaqqı reytinqini açıqlayıb. Reytinqin nəticələrinə əsasən, 2017-ci ildə əməkhaqqı səviyyəsi Tacikistanda 137 dollar, Qırğızıstanda 216,3 dollar olub. Bu, MDB və keçmiş sovet ölkələri arasında orta aylıq əməkhaqqı səviyyəsinə görə ən aşağı göstəricidir.

Əməkhaqqının ən yüksək olduğu ölkə Rusiyadır. Burada orta aylıq əməkhaqqı 670,9 dollar təşkil edir. İkinci yerdə 459,1 dollarla Qazaxıstan, üçüncüdə 421,9 dollarla Belarus, 4-cüdə 308,4 dollarla Moldova, 5-ci yerdə 306,7 dollarla Azərbaycan, 6-cı yerdə isə 272,9 dollar əməkhaqqı ilə Ukrayna qərarlaşıb.

 

İqtisadiyyatımızda 2021-ci ilə qədər 3 faiz artım proqnozu

 

“Standard & Poor's” reytinq agentliyinin hesabatında isə qeyd edilir ki, Azərbaycan iqtisadiyyatı 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacaq.

Reytinq agentliyi Azərbaycanın uzunmüddətli qısamüddətli suveren kredit reytinqini yerli xarici valyutalarda “VV+/V” səviyyəsində təsdiq edib. Reytinqlər üzrə proqnoz müsbət qeyd edilib. Agentlik həmçinin hesabatında qeyd edib ki, Azərbaycan qazının Türkiyə Avropaya tədarükünü nəzərdə tutanŞahdənizqaz kondensat yatağının hazırlanmasının ikinci mərhələsi iyulun əvvəlində tamamlanıb ki, bu da öncədən planlaşdırılmış qrafikə uyğun olub.

Hesabatda qeyd edilir ki, növbəti 4 ildə qaz ixracının tədricən artması gözlənilir. Çünki layihə tam miqyası ilə işə düşəcək bu, daha geniş iqtisadi fəallığı özündə ehtiva edəcək.

 

Sosial-siyasi sabitlik davam edəcək

 

“Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi isə Azərbaycandakı sosial siyasi sabitliklə bağlı maraqlı proqnoz açıqlayıb. Proqnoza əsasən Azərbaycanda mövcud olan geniş sosial siyasi sabitlik davam edəcək.

Bu beynəlxalq reytinq agentliyi xarici valyutada emitentin defoltunun uzunmüddətli reytinqini sabit proqnozlu “BB+” səviyyəsində təsdiq edib. Agentlik proqnozlaşdırır ki, Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacaq. Agentliyin rəyinə görə bu, neftin yüksək qiymətləri, qaz hasilatı, eləcə kənd təsərrüfatı turizmin inkişafı hesabına olacaq.

 

Karbohidrogen ehtiyatlarının ixracatı artacaq

 

Agentlik analitiklərinin məlumatına görə, Azərbaycanda makroiqtisadi sabitlik inflyasiyanın 3,2 faizə düşməsi fonunda yüksəlir. Bunun səbəblərindən biri kimi, agentlik manatın sabit məzənnəsini qeyd edib.

Həmçinin bank sektorunda dollarlaşma səviyyəsinin azaldığı qeyd edilir. Depozitlər üzrə dollarlaşmanın səviyyəsi 67 faizdən 63 faizə, kreditlər üzrə isə dollarlaşmanın səviyyəsi 41 faizdən 39 faizə düşüb.

Daha sonra hesabatda qeyd edilir ki, neftin yüksək qiymətləri, “Cənub qaz dəhlizilayihəsinin reallaşması Şahdənizqaz-kondensat yatağının hazırlanmasının ikinci mərhələsi çərçivəsində hasil edilən karbohidrogen ehtiyatlarının ixracatının artmasına təkan verəcək. Daxili balansın profisitinin artımı Dövlət Neft Fondunun aktivlərinin beynəlxalq rezervlərin həcmini bərpa etməyə kömək edəcək.

“Fitch Ratings” proqnozlarına görə 2018-ci ildə “Brent Crude” neftinin 1 barelinin qiyməti 70 dollar, 2019-cu ildə 65 dollar, 2020-ci ildə isə 57,5 dollar olacaq.

 

Avropa Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri

 

Özünü dünyaya müasir, güclü dövlət kimi təqdim edən Azərbaycan sosial-iqtisadi inkişaf tempinə aparılan iqtisadi islahatlara görə dünyada öncül yerlərdədir.

Ötən il dünyanın aparıcı beynəlxalq təşkilatları, qurumları və tanınmış siyasətçilər, iqtisadçılar Azərbaycanın reallaşdırdığı hərtərəfli islahatları inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi göstərdilər. Beynəlxalq reytinq mərkəzləri və nüfuzlu kütləvi informasiya vasitələri ölkəmizin müxtəlif sahələrdəki uğurlarını yüksək qiymətləndirdilər.

Məsələn, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business- 2017” hesabatında Azərbaycan 65-ci pillədə qərarlaşmışdı. Hesabata əsasən, Azərbaycan dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biri idi. Ötən il isə “Doing Business 2018” hesabatında Azərbaycan 8 pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəldi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı iqtisadi islahatların məntiqi nəticəsi olaraq Azərbaycan 8 pillə irəliləməklə yanaşı, Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi müəyyənləşdi.

Əlbəttə ki, bütün bunlar dövlət başçısının yeni iqtisadi inkişaf strategiyasının məntiqi nəticəsidir və əminliklə söyləyə bilərik ki, bu, Azərbaycanın uğurlu gələcəyinin təminatçısıdır.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.-31 iyul.- S.1-2.