Peru Respublikasının Prezidenti
Zati-aliləri cənab
Martin Vizkarra Kornexoya
Hörmətli cənab
Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizi
və xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Peru arasındakı
münasibətlər dostluq
və əməkdaşlıq
məcrasında inkişaf
edəcəkdir.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Peru xalqına sülh
və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
25 iyul 2018-ci il.
Azərbaycan.- 2018.-28 iyul.- S.1.