“Azərbaycan Respublikasının “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının “Rəşadət”  ordeninin  təsis  edilməsi  ilə  əlaqədar  “Azərbaycan  Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda  dəyişiklik  edilməsi  barədə”  Azərbaycan  Respublikasının  2017-ci  il 17 noyabr tarixli 884-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının 2017-ci il 16 fevral tarixli 248-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 3, maddə 213; 2013, ¹ 11, maddə 1245) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Şərəf” ordeninin statutunun 2-ci maddəsində “Azərbaycan bayrağı” sözləri “Rəşadət” sözü ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2018-ci il

 

Azərbaycan.- 2018.-2 iyun.- S.2.