“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının QanununuReklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 7, maddə 813; 2016, ¹ 3, maddə 411, ¹ 11, maddə 1756, ¹ 12, maddə 2003; 2017, ¹ 2, maddə 159, ¹ 5, maddə 712, ¹ 12, I kitab, maddə 2222) 7.4-cü maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

İnvestisiya qiymətli kağızlarının reklamının xüsusiyyətləri “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2018-ci il

 

Azərbaycan.- 2018.-2 iyun.- S.2.