“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının QanununuReklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır: 

“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”  Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 6, maddə 481; 2014, ¹ 11, maddə 1350; 2016, ¹ 4, maddə 651) 5.3-cü maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

Sosial reklamReklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yayımlanır.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2018-ci il

 

Azərbaycan.- 2018.-2 iyun.- S.2.