“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının QanununuReklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 2, maddə 82; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 3, maddə 116, ¹ 5, maddə 245; 2004, ¹ 2, maddələr 57, 58; 2005, ¹ 4, maddə 278; 2007, ¹ 8, maddə 752, ¹ 11, maddə 1079; 2009, ¹ 4, maddə 212, ¹ 8, maddə 611; 2010, ¹ 3, maddə 172; 2015, ¹ 2, maddə 82, ¹ 11, maddələr 1258, 1292; 2016, ¹ 1, maddə 40, ¹ 5, maddə 837, ¹ 12, maddə 1986; 2017, ¹ 12, I kitab, maddə 2254; 2018, ¹ 1, maddə 16) aşağıdakı dəyişikliklər edilsin:

1. 21-ci maddə üzrə:

1.1. birinci hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.”;

1.2. beşinci hissə aşağıdakı redaksiyada verilsin:

Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalıdır. Dövri mətbu nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericinin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.”;

1.3. aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:

Sponsor reklamı “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yayımlanır.”.

2. 45-ci maddəyə aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:

“Haqsız, qeyri-dəqiq və gizli reklamReklam haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla təkzib olunur.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2018-ci il

 

Azərbaycan.- 2018.-2 iyun.- S.3.