“Azərbaycan
Respublikasının “Şərəf” və “Dostluq”
ordenlərinin təsis edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 1 may tarixli 1093-VQD nömrəli Qanununun
tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq, “Azərbaycan Respublikasının “Şərəf” və
“Dostluq” ordenlərinin təsis edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1093-VQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının “Azərbaycan Respublikasının “Şərəf”
və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. həmin qanundan irəli gələn
digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların “Azərbaycan Respublikasının
“Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
31 may 2018-ci il
Azərbaycan.- 2018.-2 iyun.- S.2.