Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli
206 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında əmək
münasibətləri əmək müqaviləsi
kağız üzərində yazılı formada
bağlandıqda yaranan vəzifələrin
(peşələrin) siyahısı”nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı”nı “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 7, maddə 788) ilə təsdiq edilmiş “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı”nın 4-cü hissəsindən “, xarici işlər və feldyeger rabitəsi” sözləri çıxarılsın və həmin hissəyə “xüsusi rütbəli vəzifələr” sözlərindən sonra “və xarici işlər orqanlarında diplomatik rütbəli vəzifələr” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 31 may 2018-ci il
Azərbaycan.- 2018.-2 iyun.- S.2.