Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Meksika xalqı və hökuməti adından Sizə və Azərbaycan xalqına salamlarımı və səmimi təbriklərimi çatdırmaq mənim üçün şərəfdir.

Bu günlərdə qeyd edilən tarixi hadisələr Azərbaycan xalqının birliyinin daha da möhkəmlənməsi və uğurlu gələcəyi üçün bir mənəvi təkandır.

Xalqlarımız arasında dostluq, əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək arzusu ilə Sizə dərin hörmətimi izhar edirəm.

Hörmətlə,

 

Enrike Penya Nieto

Meksika Birləşmiş Ştatlarının Prezidenti

 

Azərbaycan.- 2018.- 2 iyun.- S.4.