İlham Əliyev Avrasiyanın mühüm infrastruktur sisteminin müəllifidir

 

Azərbaycanın liderliyi ilə reallaşan möhtəşəm layihələr qlobal əhəmiyyət daşıyır

 

Son dövrlər Azərbaycan tarixinə həkk olunan mühüm hadisələrlə əlamətdardır. Hələ ötən ilin sentyabrında Bakıda imzalanan yeni neft müqaviləsi Azərbaycanın enerji diplomatiyasının növbəti böyük uğuru idi. Cəmi 3 həftə sonra Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi bu yaxınlarda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin rəsmi açılışının olması Azərbaycanın möhtəşəm ən mürəkkəb infrastruktur layihələrini uğurla həyata keçirmək imkanlarının növbəti təsdiqi oldu.

 

Uğurlu qətiyyətli enerji siyasətinin nəticəsi

 

Bu günlərdə açılışı olanCənub qaz dəhlizigöstərdi ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə doğru inamla addımlayan, aydın düşünülmüş strategiyası, dəqiq siyasəti olan dövlətdir. Eyni zamanda, bu tarixi hadisə rəsmi Bakının 1994-cü ildən həyata keçirdiyi enerji siyasətinin məntiqi nəticələrindən biri həm uğurlu davamıdır.

Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Təsadüfi deyil ki, son vaxtlar keçirilən bütün siyasi iqtisadi məzmunlu konfransların gündəliyində yer alan başlıca mövzulardan biri enerji təhlükəsizliyi məsələsidir. Xüsusən Avropa ölkələri son illər öz enerji təhlükəsizliklərini təkmilləşdirməyə gücləndirməyə ehtiyac duyur. Bu baxımdan Xəzərdən hasil olunan təbii qazın Avropa ölkələrinə çatdırılması hələ illər öncədən Avropa İttifaqının (Aİ) perspektiv prioritetlərindən biri idi. Aİ-nin bu sahədə əsas əməkdaşlıq etdiyi ölkə isə Azərbaycandır.

Çünki Azərbaycanın 1994-cü ildən başlanan mütərəqqi neft strategiyası, bu sahədə müstəqil siyasət həyata keçirməsi, Bakı-Tbilisi-Ceyhan Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin inşasını qətiyyətlə başa çatdırması, bir sözlə, Xəzərdən hasil olunan karbohidrogen ehtiyatlarını alternativ marşrutlarla dünya bazarlarına çıxarması hələ çoxdan Qərbin diqqətini çəkmişdi. Odur ki, Aİ təbii qaz məsələsində Azərbaycanla əməkdaşlığa həvəslə can atırdı. Təsadüfi deyil ki, 2006-cı ilin noyabr ayında Brüsseldə imzalanmışAzərbaycan Respublikası Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, 2008-ci ilin noyabr ayında imzalanmış Bakı Bəyannaməsinin müddəaları 2009-cu ilin may ayında keçirilmiş Praqa Zirvə Görüşünün müvafiq Enerji Bəyannaməsində təsbit olunmuş Azərbaycan-Avropa İttifaqı enerji münasibətlərinin vacibliyi bütün bunları təsdiq edirdi. Qeyd olunanların nəticəsi kimi 2011-ci il yanvarın 13-də Bakı şəhərindəCənub qaz dəhlizihaqqında Birgə Bəyannamə imzalandı.

Cənub qaz dəhlizi”nin mürəkkəb infrastruktur olacağı ilk gündən məlum idi. Çünki bunun üçünŞahdənizqaz yatağının ikinci mərhələsinin işlənilməsinə başlanılmalı, mövcud qaz kəmərlərinin imkanları genişləndirilməli, Türkiyə Avropa ölkələrinin ərazisində yeni qaz kəmərləri çəkilməli idi. Elə buna görə bəzilərinə həmin vaxt bu layihənin reallaşması qeyri-mümkün görünürdü. Üstəlik, layihənin həyata keçirilməsi üçün maliyyə mənbələri tapılmalı idi. Lakin Azərbaycanın liderliyi beynəlxalq tərəfdaşları ilə birgə səyləri nəticəsində qısa müddətdəCənub qaz dəhlizi”nin bütün komponentlərinin reallaşdırılması üzrə beynəlxalq razılaşmalar əldə olundu. 2012-ci il iyunun 26-da Azərbaycan hökuməti Türkiyə hökuməti arasında Transanadolu təbii qaz boru kəməri (TANAP) sisteminə dair saziş imzalandı hər iki dövlətin qanunverici orqanları həmin sazişi ratifikasiya etdilər. 2013-cü il iyunun 30-da isə Transadriatik Boru Kəməri (TAP) layihəsi üzrə beynəlxalq saziş, həmin ilin sonlarında isəŞahdənizyatağının işlənməsinin ikinci mərhələsi üzrə beynəlxalq müqavilə imzalandı.

2014-cü ilin sentyabrında BakıdaCənub qaz dəhlizi”nin təməli qoyuldu. Cəmi 4 ildən sonra bu nəhəng infrastrukturun inşası başa çatdı. Mayın 29-da keçirilən rəsmi açılış mərasimində Prezident İlham Əliyev qarşıya qoyulan bütün hədəflərin dəf edildiyini bildirdi. İyunun 12-də isə kəmərin Türkiyə hissəsi olan TANAP-ın rəsmi açılışı olacaq. Bundan sonra Azərbaycandan Türkiyə bazarına 6 milyard kubmetr qaz ötürüləcək. TAP-ın tam başa çatmasından sonra isə daha 20 milyard kubmetr qaz Avropaya nəql ediləcək. 2026-cı ilə kimi kəmərin ötürmə qabiliyyətinin 31 milyard kubmetrədək artırılması mümkündür. Növbəti mərhələdə Türkmənistan, İran İraq qazının bu kəmər vasitəsilə dünya bazarına çıxarılması məsələsi nəzərdən keçirilə bilər.

 

Siyasi-diplomatik qələbə

 

Cənub qaz dəhlizilayihəsinin uğurla reallaşmasının əsas səbəbi Azərbaycanın həyata keçirdiyi uğurlu siyasi-diplomatik fəaliyyətdir. Prezident İlham Əliyevin düşünülmüş, yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanı regionun lider dövlətinə çevirməklə yanaşı, beynəlxalq aləmdə ölkəmizi etibarlı tərəfdaş kimi tanıdıb. Bu mənadaCənub qaz dəhlizi”nə ilk gündən ayrı-ayrı ölkələr maliyyə institutları maraq göstəriblər.

Məsələn, bu layihə ilk gündən həm ABŞ-ın diqqət mərkəzində olub. Digər mühüm enerji layihələrində olduğu kimi, ABŞ “Cənub qaz dəhlizi”nin reallaşmasına siyasi, mənəvi dəstək göstərib hərtərəfli kömək edib. ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı son üç məktubunda bu barədə söz açıb. Prezident Donald Tramp ABŞ-la Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib bu əməkdaşlığın davam etdirilməsinə sadiq olduğunu bəyan edib. ABŞ-la yanaşı, Böyük Britaniya daCənub qaz dəhlizi”nin reallaşmasına güclü dəstək verib. Aİ-nin isə bu layihənin ərsəyə gəlməsində mövqeyi aydındır. Cənub qaz dəhliziMəşvərət Şurasının Bakıda keçirilən iclaslarında həmişə Avropa İttifaqının yüksəksəviyyəli nümayəndələrinin iştirakı bu layihənin beynəlxalq transmilli məzmunundan xəbər verməklə yanaşı, Azərbaycanla əlaqələrə diqqətin təzahürü idi.

Bu baxımdanCənub qaz dəhlizilayihəsinin başa çatdırılması enerji məsələlərində Azərbaycanın mühüm siyasi-diplomatik qələbəsidir. Bu qələbə respublikamızın enerji təhlükəsizliyində söz sahibinə çevrilməsi ilə yanaşı, hər bir məsələdə qətiyyətli mövqeyindən, əməkdaşlıq əlaqələrində etibarlı tərəfdaş olmasından beynəlxalq birlikdə yüksək nüfuz sahibinə çevrilməsindən irəli gəlir.

HazırdaCənub qaz dəhlizi”nin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir, eyni zamanda üç Balkan ölkəsi - Bosniya Herseqovina, Xorvatiya Monteneqronun da növbəti mərhələdə bu layihəyə qoşulacağı gözlənilir. Bu, artıq layhənin qlobal xarakterini böyük beynəlxalq əməkdaşlıq platforması üzərində ucaldığını göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Cənub qaz dəhliziAzərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir.

Bu enerji dəhlizinin işə düşməsi nəticəsində Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsində yüksəldilməsində daha yaxından iştirak edəcək. Çünki bu dəhliz Azərbaycan qazını ilk dəfə olaraq Türkiyə, Yunanıstan Albaniya ərazilərindən keçməklə, minlərlə kilometrlik məsafəni qət etməklə Avropanın mərkəzinə çatdıracaq, dünyanın enerji xəritəsinə ciddi dəyişiklik gətirəcək. Ən əsası isə, bu layihənin tam gücü ilə işə düşməsi Azərbaycanın beynəlxalq imicinə müsbət təsiri ilə yanaşı, ölkəmizin gələcək inkişafına, siyasi iqtisadi maraqlarının daha dolğun şəkildə təmin edilməsinə mühüm töhfələr verəcək.

                        

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.- 2 iyun.- S.1; 6.