Prezident İlham Əliyev: “Bizim sözümüz ədalətdir
və həqiqətdir”
“İlham Əliyev.
İnkişaf - məqsədimizdir” çoxcildliyinin 62-ci
kitabı çapdan çıxıb
Bizim sözümüz bütün
mötəbər tribunalardan səslənir. Biz
sözümüzü deyirik. Bizim sözümüz ədalətdir
və həqiqətdir. Ədalət və həqiqət bizim
tərəfimizdədir. Ona görə strateji xəttimizi nəzərə
alaraq biz öz ardıcıl addımlarımızı
atırıq və atacağıq. Əminəm ki, hər bir
vətənpərvər Azərbaycan vətəndaşı
bu gün cəmiyyətdə mövcud olan həmrəylik, vətənpərvərlik
duyğuları ilə fəxr edir. Fəxr edir ki, Azərbaycan
bu zirvələrə çata bilmişdir.
...Azərbaycan cəmiyyəti
monolitdir. Bizi bir-birimizə bağlayan əsas amil həmrəylikdir
və düzgün seçilmiş hədəfdir. Hədəf
isə çox aydındır. Biz müasir dövlət
qururuq, azad cəmiyyət yaradırıq, demokratiyanın
inkişafı əsas şərtdir, korrupsiyaya, rüşvətxorluğa
qarşı mübarizə bundan sonra daha da ciddi
aparılacaqdır. Biz ancaq və ancaq öz gücümüzə
güvənirik. Bu siyasət öz səmərəsini
vermişdir.
AZƏRTAC xəbər verir ki,
“İlham Əliyev. İnkişaf - məqsədimizdir”
çoxcildliyinin 62-ci kitabında yer alan bu fikirləri dövlətimizin
başçısı 2014-cü il mayın 10-da ümummilli
lider Heydər Əliyevin anadan olmasının 91-ci
ildönümünə və Heydər Əliyev Fondunun
yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli
mərasimdə səsləndirib.
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin
buraxılışına məsul olduğu çoxcildliyin
62-ci kitabındakı materiallar 2014-cü ilin aprel-may
aylarını əhatə edir.
Nəşrin bu cildində Prezident
İlham Əliyevin İran İslam Respublikasına, Çex
Respublikasına, Gürcüstana səfərləri zamanı
keçirdiyi görüşlər, imzalanan sənədlər,
mətbuat üçün bəyanatlar, habelə ölkəmizə
səfər etmiş Fransa Prezidenti ilə apardığı
danışıqlar barədə materiallar yer alıb.
Çoxcildliyin bu kitabına
dövlətimizin başçısının Litva, Fransa, Səudiyyə
Ərəbistanı, ABŞ, Qazaxıstan, İspaniya, Niderland,
Rusiya və digər ölkələrin, NATO, Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurası və
digər beynəlxalq təşkilatların ölkəmizə
gəlmiş yüksəkvəzifəli şəxslərini,
eləcə də Bakıda keçirilən II Qlobal
Açıq Cəmiyyətlər Forumunun
iştirakçısı olan nüfuzlu ictimai-siyasi xadimləri
qəbul etməsinə dair informasiyalar daxil edilib.
Azərbaycan Prezidenti bütün
görüş və danışıqlarda dünya ictimaiyyətini
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüququn norma və prinsipləri çərçivəsində
həllinə dəstək verməyə
çağırıb.
Bu cilddə, həmçinin
ölkə rəhbərinin Xəzər Beynəlxalq Su
Texnologiyaları sərgisi və konfransının, Beynəlxalq
İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresinin
iştirakçılarına müraciətləri dərc
edilib.
Prezident İlham Əliyevin Nazirlər
Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasındakı nitqinin, Naxçıvanda
muxtar respublikanın 90 illiyinə həsr olunmuş mərasimdəki
çıxışının mətnləri, habelə
muxtar respublikada, Ağdaş, Şamaxı və Bakıda
müxtəlif infrastruktur obyektlərinin
açılış mərasimlərində iştirakı,
ictimaiyyət nümayəndələri ilə
görüşləri barədə informasiyalar 62-ci kitaba
daxil edilib.
Oxucular bu kitabda dövlətimizin
başçısının “The Business Year” nəşrinə
müsahibəsinin mətni ilə də tanış ola bilərlər.
Kitaba “Qeydlər”, “Şəxsi
adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.
“Azərnəşr” tərəfindən
buraxılan 62-ci kitabın hazırlanmasında Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC)
materiallarından istifadə olunub.
Azərbaycan.-
2018.-3 iyun.- S.1.